Bia.Az

Nəsimi rayonundakı 143 saylı uşaq bağçası bağlandı… – Bağçanın müdiri Fidan Tağıyeva qanun qarşısında cavab verməli və həbs olunmalıdır…

Cəmiyyət
 14-04-2023, 13:43     346

Növbə 123 saylı bağçanın müdiri Mərziyyə Ramazanovanındır….

Uşaq bağçası, yoxsa, Mərziyyə Ramazanovanın qohum-əqrəba obyekti..?

Nə qədər yazmaq olar ki, Azərbaycan cəmiyyətinin gələcəyi  körpələr evində, uşaq bağçalarında formalaşır. Uşaqların yaddaşı ağ vərəq kimidir, nə görürsə yaddaşına yazılır. Dayənin zorakılığını, tərbiyəçinin tərbiyəsizliyini, müdirin uşaqların ərzağını basıb yediyini görən körpə uşağın gələcəyi nə ola bilər..?
Biz hələ uşaqların gözü qarşısında valideyinlərin bağça müdirlərinə  verdiyi  rüşvəti demirik. Sonra da deyirik ki, bu qədər rüşvətxor məmurlar harada yetişir..
Sözün qısası, cəmiyyətimizin gələcəyi olan uşaq bağçalarında vəziyyət dözülməzdir. Biz hələ Allah qoymasa, uşaq bağçalarının əldən ələ keçməsindən, gah icra hakimiyyətlərinə, gah da Təhsil nazirliyinə tabe edilməsindən danışmırıq. Şükür ki, uzun illərdən sonra uşaq bağçaları təyinatına uyğun olaraq Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı. Amma problemlər yenə də davam edir. Belə problemli uşaq bağçalarından biri də Nəsimi rayonundakı 143 saylı uşaq bağçasıdır. Bağçanın müdiri Tağıyeva Fidan Əziz qızıdır.
Təsəvvür edirsiniz, kağız üzərində xeyli işçisi olan ( əslində çoxu ölü canlardır )  143 saylı uşaq bağçasında cəmi 1-cə uşaq olub. Bu 1 uşağa görə, nə qədər dövlət vəsaiti xərclənib, nə qədər ərzaq alınıb, neçə mühafizəçi, neçə dayə maaş alıb.
Sözün qısası, cəmi 1 uşağın olduğu bağça sözün həqiqi mənasında korrupsiya yuvası olub. Və bu illər ərzində Fidan Tağıyeva  xeyli dövlət vəsaitini mənimsəyib.
Redaksiyamıza  daxil olan məlumata görə, Təhsil Nazirliyinin yoxlamasından sonra 143 saylı uşaq bağçası yeri-dibli bağlanıb. Və hazırda Fidan Tağıyevanın  son illərdəki fəaliyyəti ciddi şəkildə yoxlanılır.
Daxil olan məlumatlara görə, bağçanın müdiri Fidan Tağıyevanın  həbsi qaçılmazdır. Siz elə bilirsiniz ki, bu tip uşaq bağçası 143 saylıdır..?
Nəsimi rayonu ərazisində faəliyyət göstərən belə bağçalardan biri də Mərziyyə Ramazanovanın müdir  olduğu  123  saylı bağçadır. Bağçada olanlar bilir ki, Mərziyyə Ramazanova Azərbaycan qanunlarına məhəl qoymadan öz qohum-əqrəbasını, dost-tanışını  doldurub 123 saylı uşaq bağçasına. Birini müəllim, o birini dayə, bir başqasını texniki işçi kimi v.s. Bu xanımdan soruşan yoxdur ki, bura sənin şəxsi-özəl bağçan deyil e, dövlətin bağçasıdır. Hələ bu harasıdır..?
Qohum-əqrəba da uşaqlara aid olan nə varsa, həzm-rabedən keçirib mənimsəyirlər. Bu hələ harasıdır…
Mərziyyə Ramazanova həm də yaşlı xanımdır, başqa bağça müdirələrini başına yığıb istirahət edirlər, uşaqların təlim-tərbiyyəsi isə başlı başına buraxılıb. Uşaqlara verilən yeməklərin keyfiyyətindən isə danışmağa dəyməz. Dəfələrlə yazıb Mərziyyə Ramazanovaya xəbərdarlıq etmişik ki, uşaqların yeməyini basıb yeməyin, dövlətin vəsaitini talamayın. Amma…Ramazanova nəticə çıxartmayıb.
Redaksiyamıza daxil olan məlumata görə, Fidan Tağıyevadan sonra növbə Mərziyyənindir. Hələ bunların Yasamal rayonunda yerləşən uşaq bağçası müdiri olan rəfiqələri də var. Ona da bildiririk ki, çemodanını, türklər demişkən, taxta bavulunu yığışdır.
P.S Həə, 143 saylı bağça bağlandı, bəs görəsən onun ərazisi və binası nə olacaq, onu kim özəlləşdirəcək? Gündəlik Bakıскачать dle 12.1