Bia.Az

Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 500-ə çatdı

Hadisə
 14-04-2023, 13:14     535

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.
 
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
 
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.скачать dle 12.1