Bia.Az

Fərman çıxdı-Rusiya məmurları dərhal gəlir bəyannamələrini saytdan sildilər

Dünya
 14-04-2023, 00:52     211

Rusiya Prezidenti Vladimir Putinin məmurlara öz əmlak və gəlirlərini gizlətməyə imkan verən fərmanı yayımlandıqdan sonra vəzifəli şəxslər dərhal bütün məlumatları internet saytlarından silməyə başlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rəsmilərin bəyannamələri federal idarələrin internet saytlarından itib. Halbuki bu, elə fərmanın özünə ziddir. Çünki sənəddə məmurlara yalnız gələcək gəlir və əmlaklarını gizlədə biləcəyi göstərilib. Görünür Rusiyada vəzifəli şəxslər keçmiş “günahlarının” yaddaşda qalmasını istəməyiblər.

Bəzi departamentlər bütün bəyannamələri tamamilə silməkdə daha da irəli gediblər. Məsələn Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin "Patriarx" yaşayış kompleksində aldığı, dəyəri 200 milyon rubldan (2 milyon 450 min ABŞ dolları) çox olan nəhəng mənzilini artıq bəyannamədə görmək mümkün deyil.

Rusiyanın güc strukturları isə ümumiyyətlə rəhbərliyin gəlirləri barədə bölməni internet səhifəsindən çıxarıblar.скачать dle 12.1