Bia.Az

Həbsxanada məhkum öldürülüb?

Hadisə
 13-04-2023, 14:40     305

Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində fevral ayında baş verən məhkum ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.скачать dle 12.1