Bia.Az

Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb" - TƏFƏRRÜAT

Cəmiyyət
 12-04-2023, 13:55     219

Xaricdə təhsil və iş üzrə “Smart Business Group” şirkətinin direktoru Anar Tapdıq oğlu Xəlilov övladlarını xaricdə tanınmış universitetlərə qəbul etdirmək, eləcə də işə düzəltmək vədləri ilə 50-dən çox adamın hər birindən 15-30 min manat arası pul alıb.

O, 4 dəfə eyni cinayət əməlini törədib. Sonuncu dəfə pulunu alıb aldatdıqlarının əlindən xaricə qaçan Xəlilov beynəlxalq axtarışa verilərək tapılıb və Bakıya ekstradisiya olunub.
Baş prokurorluq tərəfindən barəsində cinayət işi açılan və axtarışa verilən Anar Xəlilov həbs olunub Kürdəxanı təcridxanasına göndərilsə də, qısa müddət sonra hansısa şəkildə azadlığa çıxır.
DİA.AZ bildirir ki, Bakupost.az -a daxil olan şikayətdə zərərçəkmişlərdən biri - həkim, reanimatoloq Gündüz Qasımov Anar Xəlilovun ondan da külli miqdarda pul aldığını bildirib. Belə ki, Xəlilov Qasımovdan toplam 32 min manat alaraq, şirkət adından müqavilə də imzaladıb.
“Bu insan özünü Azər Əliyev kimi təqdim edirdi. Mənimlə birlikdə 50-dən çox insana Türkiyə, Avropa universitetlərinə qəbul, Amerikaya səyahət, Avropada iş vizası almaq, eləcə də guya Rusiya və Türkiyədən deport olunmuş şəxslərin adının siyahıdan çıxarılması vədlərini verib. Müxtəlif adamlardan ümumilikdə 100 mindən çox pul alıb. Məhkəmədə müqavilələrindəki isə rəsmi məbləğ qeyd olunub: 66 min.
Bu insan əvvəllər də eyni yolla dələduzluq edib. 3 dəfə mühakimə olunub. Axırıncı dəfə 4 il həbsdə yatıb.
Mənim ona güvənməyimin səbəbi Ucardan olması idi. Çünki özüm də Ucardanam”.
Yasamal rayon polis bölməsinin keçirdiyi əməliyyat nəticəsində Azər Əliyevin əslində hələ 2014-cü ildə Cinayət Məcəlləsinin 178.2.2, 178 2.3 maddələri ilə təqsirli bilinib 4 il müddətinə həbs cəzası almış Anar Xəlilov olduğu müəyyən edilib. O, yenidən dələduzluq, rəsmi sənədləri və möhürləri saxtalaşdırma maddələri ilə şübhəli bilinib və barəsində cinayət işi başlanılıb.

Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb"

Həkim bildirir ki, bir çox zərərçəkmişlərin adları siyahıya alınmayıb. Bu səbədən onlar zərərçəkmiş kimi tanınmayıb:
“Maraqlısı budur ki, mənim onunla müqaviləm, pul ödədəyim haqqında sübutlarım olduğu halda müstəntiq məni zərərçəkən kimi tanımayıb. Məhkəmə iddiasına da adımı daxil etməyiblər. Halbuki Anar məndən müqavilə ilə 22 min, əlbəəl 10 min ( cəmi 32 min) pul alıb. Dəfələrlə bu barədə danışmışıq, pulu qaytarmayacağını deyir.
Mənim adımın işə zərərçəkən kimi daxil edilməsi üçün o vaxt işi aparan müstəntiq pul tələb etdi, mən də vermədim. O da adımı siyahıya salmadı".
Gündüz Qasımov deyir ki, Monteqrenoda həbs edilib Azərbaycana gətirilən və Kürdəxanı təcridxanasına salınan Anar 2-3 aydan sonra oradan gizli şəkildə buraxılıb:
"Bu məsələdə işi aparan müstəntiqin əli vardı. Ona görə də onu vəzifəsindən azad etdilər. Çünki belə bir cinayətkarın azadlığa buraxılması qanunsuzdur, bütün hüquq qaydalarına ziddir".
Gündüz Qasımovun sözlərinə görə, Anarın səs yazıları, danışıqları və digər sübutlar var:
" İşlə bağlı vəkil də tutulub. Bir neçə adamın pulunu qaytarıb. Amma qalanlarını qaytarmır. Hazırda iş üzrə Yasamal rayon polis idarəsində istintaq gedir. İstintaqdan sonra məhkəmə olacaq. Mənə maraqlıdır ki, dövlət, Baş Prokurorluq tərəfindən beynəlxalq axtarışa verilən, tutulması üçün dövlət büdcəsindən pul xərclənən insan niyə azadlıqda gəzir? Bəlkə yenə də saxta adla kimlərisə aldadır, dələduzluq edir? Onun sadəcə, ölkədən çıxışına qadağa qoyulub".

Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb"
Fotoda: Anar Tapdıq oğlu Xəlilov

Gündüz Qasımov müvafiq orqanlardan özünün və bir neçə nəfərin rəsmən zərərçəkən kimi tanınmasının istəyir:
"Onların da pulu bu dələduzda batıb. Anar Xəlilov nə törətdiyi əməldən peşmandır, nə də zərəri ödəyir. Bizim əldə etdiyimiz məlumata görə, adımızın cinayət işinə salınmasına Anar mane olub. Buna görə pul verib. O, bizdən daha çox məbləğdə pul alıb. Ona görə də zərərçəkmiş kimi tanınmağımızı istəmir. Kimdən ki, az məbləğ alıb, onları daxil ediblər ki, ödəməyi boynuna götürə bilsin. Amma mənim kimi 4-5 nəfər var ki, hər birimizə azı 20-30 min atıb. Bu məsələni ciddi nəzarətə götürülməlidir. İstintaq və məhkəmənin ədalətli keçirilməsini, Anar Xəlilovun dələduzluqla əldə etdiyi pulumuzu qaytarmasını və cəzalandırılmasını tələb edirik”.

Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb"
Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb"
Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb"


скачать dle 12.1