Bia.Az

Meksikada koronavirusa yoluxanların sayı 7 500 nəfərə çatdı

Dünya
 19-04-2020, 13:26     358

Meksikada koronavirusa yoluxanların sayı 7 500 nəfərə çatdıMeksikanın Səhiyyə Nazirliyi ölkədə son bir gün ərzində yeni koronavirusdan 104 nəfərin öldüyünü bildirib.

Bu barədə “bia.az” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, bununla da Meksikada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 7 500-ə çatır.

Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatelin sözlərinə görə, ölkədə koronavirusun ilk dəfə aşkarlandığı 28 fevraldan bu günə kimi 7 497 yoluxma aşkarlanıb.

Yenilənmiş məlumatlara əsasən, Meksikada son bir gündə daha 622 yoluxma halı qeydə alınıb.

Ölkədə daha 104 pasiyent virusdan ölüb. Bununla da pandemiya ərzində virusdan ölənlərin sayı 650 nəfərə çatıb. Hazırda xəstəxanalarda 1 954 nəfər müalicə edilir. Onlardan 357-i ağır vəziyyətdə olduğundan süni nəfəs aparatına qoşulub.

Aprel ortalarında Meksika hakimiyyəti bildirib ki, mayın sonuna kimi karantin rejimini uzatmaq niyyətindədir.скачать dle 12.1