Bia.Az

Bölmədə polisləri təhqir edən şəxs HƏBS OLUNDU

Cəmiyyət
 10-04-2023, 17:21     221

Bakıda polisləri təhqir edən şəxs həbs olunub.

Hadisə paytaxtın Yasamal rayonu İ.Qutqaşınlı küçəsində baş verib. Belə ki, Bakı şəhər sakini Habil Quliyev (ad-soyad şərtidir) həmin küçədə ətrafdakı şəxslərə qarşı nalayiq ifadələr işlədib. 

Polis əməkdaşları hadisə yerinə gələrək H.Quliyevi polis şöbəsinə dəvət edib, lakin o, bu zaman polislərə müqavimət göstərib. Polis əməkdaşları onu bölməyə gətiriblər. H.Quliyev bölmənin inzibati binasında da polislərin ünvanına söyüş söyüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün məhkəməyə göndərilib.


Yasamal Rayon Məhkəməsinin qərarı ilə H.Quliyev 30 gün müddətinə inzibati qaydada həbs edilib.скачать dle 12.1