Bia.Az

Ərdoğan, yoxsa Kılıçdaroğlu irəlidədir? - Sorğu

Dünya
 9-04-2023, 14:44     194

Türkiyədə prezident seçkisindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən “Areda” şirkəti keçirib.

Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Məhərrəm İncə (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb.

Sorğu iştirakçılarının 40%-i parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəyini bildirib. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP (8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Rifah Partiyası (1,9%) və digərləri tutub.
Qeyd edək ki, bundan öncə “Metropol” şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. “Optimar” şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% səs toplayacağını bildirmişdi.скачать dle 12.1