Bia.Az

Abşeronda iki azyaşlı bacını avtomobil vurub, biri ölüb

Hadisə
 9-04-2023, 13:32     239

Abşeronda iki azyaşlı bacını avtomobil vurub.

“Report”un xəbərinə görə, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.


Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.скачать dle 12.1