Bia.Az

Molla rejimi ölkədəki vəziyyətlə bağlı daha sərt qərarlara keçir

Dünya
 9-04-2023, 12:35     168

İranın ədliyyə rəhbəri Höccətül İslam vəl Müslimin Möhseni Ajei Əlburz əyalətinin inzibati şurasının iclasında bu əyalətdəki zindanlarla bağlı məsələlər və problemlər haqqında danışıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki,  ədliyyə rəhbəri bildirib ki, Kərəc şəhərinin daxilində olan Rəcaişəhr həbsxanası tez bir zamanda şəhərdən kənara köçürülməli və onun hazırkı yeri həbsxana statusundan çıxarılmalı, bundan sonra ona qarşı tədbirlər görülməlidir.

Həmçinin Qəzəlhesar həbsxanasının statusunun dəyişdirilməsi barədə müvafiq qurumlardan plan və təklif etməyi xahiş edib.

Möhseni Ajei hicab kateqoriyasına və sosial anomaliyaları aradan qaldırmaq üçün tərtib edilmiş proqramlara toxunaraq, mədəniyyət məsələlərinin əsasını mədəniyyət məsələləri ilə həll etmək lazım olduğunu söylədi.

“Mədəni İnqilabın Ali Şurası hicab məsələsi ilə bağlı 30-a yaxın təşkilatın vəzifə və öhdəliklərini təsdiqləyib. Bununla bağlı ədliyyə orqanlarının beş vəzifəsi var. Bir təşkilat öz vəzifəsini yerinə yetirmirsə, bizim vəzifəmizi yerinə yetirməməyimiz üçün heç bir səbəb yoxdur,-deyə o bildirib.

Gülistan vilayətinin prokuroru Mahmud Espanlu isə deyib ki, əyalətin yaxşılığı təbliğ etmək və pisliyi qadağan etmək üzrə qərargahı bütün ticarət mərkəzlərində və oyun salonlarında ictimai bildirişlər yerləşdirməlidir:

“Ədliyyə işçilərindən hicabsız birisinin olması ilə bağlı xəbər gəlsə və biz onlara xəbərdarlıq etsək və onlar hərəkətə keçməsələr, həmin ticarət mərkəzini möhürləməkdən çəkinməyəcəyik”.
 
скачать dle 12.1