Bia.Az

Bu ölkədən ŞOK HƏMLƏ - Yeni müharibə başlayır?

Dünya
 9-04-2023, 12:20     172

Tayvanın yerləşdiyi bölgədən məsul olan Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Şərq Cəbhəsi Komandanlığı dünən adanın ətrafında quru, hava, dəniz və raket qüvvələrinin iştirak etdiyi birgə hərbi təlimin başladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, "Birgə Qılınc" adlı hərbi manevrdə quru qüvvələrinə bağlı raket batareyaları, donanma döyüş gəmiləri, quruda yerləşən gəmi əleyhinə sistemlər, həmçinin hava qüvvələrinə aid döyüş təyyarələri, pilotsuz uçuş aparatları və idarə olunan raket sistemləri yer alıb.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, təlimin başlamasından sonra dünən axşam saatlarına qədər adanın ətrafında 71 hərbi təyyarə və 9 gəmi görünüb, Tayvan boğazına 45 uçuş həyata keçirilib. Təlimin ikinci günündə birinci günün uçuşları və gəmi hərəkətlərinin təkrarlandığı təxmin edilir.

Qeyd edək ki, hərbi təlimlərin başlaması Tayvan lideri Tsayın Los-Ancelesdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir və Çin hərbi manevrə Tayvan lideri Tsay İnq-venin ABŞ-a səfərinə cavab olaraq başlayıb.скачать dle 12.1