Bia.Az

Ərdoğan SƏRT DANIŞDI - Türkiyə buna səssiz qalmayacaq

Dünya
 9-04-2023, 12:01     170

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, iki ölkə lideri İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsaya basqını, Qiblə məscidinə hücumu və müqəddəs yerlərdə olanlara qarşı müdaxilələri müzakirə edib.

Hadisələrin müsəlmanlar qədər bütün bəşəriyyətin vicdanını yaraladığını bildirən Ərdoğan Məscidül-Əqsanın statusuna qarşı təxribatlar və təhdidlər qarşısında susmalarının mümkün olmadığını vurğulayıb.

Türkiyə lideri bildirib ki, Ramazan ayının xristianların Pasxa bayramı ilə üst-üstə düşdüyü bu həssas dövrdə Qəzza və Livana sıçrayan gərginliyin artmasına imkan verilməməlidir.

Radikal yəhudi qruplarının Məscidül-Əqsaya basqın çağırışlarının narahatlıqları artırdığını ifadə edən Ərdoğan müsəlmanların heç bir problem olmadan namazlarını qılmaları üçün lazımi tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkib. скачать dle 12.1