Bia.Az

SON DƏQİQƏ! Terror təşkilatına ŞOK ZƏRBƏ - PKK-çılar qaçmağa yer axtarır

Dünya
 9-04-2023, 11:59     173

Türkiyənin terror təşkilatlarına qarşı hər sahədə mübarizəsi aramsız olaraq davam edir. ABŞ və Qərbin dəstəyinə baxmayaraq, Türkiyə PKK terror təşkilatının uzantısı olan, Suriyada yerləşən YPG-nin üzərinə doğru irəliləyir. Süleymaniyyədə YPG lideri Mazlum Abdinin karvanına pilotsuz uçuş aparatı ilə hücum edilib. Bu və bir çox digər əməliyyatlardan sonra PKK silahlıları Avropada qaçmaq üçün yer axtarmağa başlayıblar. Xüsusilə də son günlər Türkiyə-Yunanıstan münasibətlərində yaranan müsbət atmosfer PKK-nı küncə sıxışdırmağa başlayıb.

Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos Türkiyəyə səfər edib. Panayotopulos çərşənbə axşamı Türkiyəyə səfəri barədə "əla qonaqpərvərlik, ailə mühiti, müsbət səmimiyyət" sözlərindən istifadə edib.

Musavat.com xəbər verir ki, Yunanıstanın "Kathimerini" qəzeti Türkiyə ilə əlaqələri qiymətləndirərkən fərqli bir detala toxunub.

0x0-atinadan-teror-orgutunun-egitim-kampina-kilit-pkk-kacacak-delik-ariyor-1680979261947.jpeg (57 KB)
Xəbərə görə, Afina rəhbərliyi Lavrion düşərgəsini bağlamaq qərarına gəlib. Yunanıstan İmmiqrasiya Nazirliyi düşərgənin "yaşamağa uyğun olmadığı" səbəbindən mərhələli şəkildə bağlanacağını açıqlayıb. Qeyd edək ki, Türkiyə sözügedən düşərgədə PKK terrorçularının olmasından narahatlığını dilə gətirirdi. Sözügedən düşərgədə terrorçular təlimlər keçirdi. Xəbərdə düşərgənin mərhələli şəkildə boşaldılmasına başlandığı, qərarın Türkiyəni sevindirəcək bir addım olacağı bildirilib.
Bununla da Ankara xarici siyasət və təhlükəsizlik məsələlərində güzəştə getməməsinin bəhrəsini aldığı bir dövrə qədəm qoyub.
0x0-atinadan-teror-orgutunun-egitim-kampina-kilit-pkk-kacacak-delik-ariyor-1680979270069.jpeg (47 KB)
Qeyd edək ki, Türkiyə İsveçin NATO üzvü olmasını terroru dəstəklədiyi üçün təsdiqləmıyib. Belə ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.
Rasmus Paludanın bu qalmaqallı hərəkəti NATO ölkəsi olmaq istəyən Stokholma baha başa gəlib. Finlandiya ilə birlikdə ittifaqa üzv olmaq üçün müraciət edən İsveç hələ də Türkiyənin razılığını almayıb.
Bundan başqa, Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklərinə, o cümlədən PYD/YPG və FETÖ-yə dəstək verməyəcəklərinə söz verib. Finlandiya Türkiyədən təsdiq alıb alyansa qoşulsa da, İsveç Ankaraya verdiyi sözü hələ tutmadığı üçün kənarda qalıb.скачать dle 12.1