Bia.Az

Tehrandan Moskvaya şok HƏDƏ: Xankəndidə iranlı əsgərlər də olsun, yoxsa Azərbaycan Ordusu… - CANLI

Siyasət
 8-04-2023, 13:18     244

Proksi medianın İran Ali Təhlükəsizlik Şurasına istinadən yaydığı məlumata görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündəki 3 əsas maddədən biri Qarabağla bağlı olub.

Publika.az yazır ki, o, Azərbaycan və Ermənistan arasında son qarşıdurmanı əsas gətirərək İran qüvvələrini də sülhməramlıların tərkibinə daxil etmək haqda Tehranın tələblərini səsləndirib. Tehran hesab edir ki, regional münaqişələrdən ən çox əziyyət çəkən tərəf olsa da, Türkiyədən fərqli olaraq münaqişənin həllindən kənarda saxlanır. Tələb Moskva tərəfindən rədd edilib.

Tehran iddia edir ki, Azərbaycan ordusu nəzarət zonasını genişləndirərək İran üçün strateji Zəngəzur keçidini nəzarətə götürməyə doğru getsə də, Rusiya sülhməramlı qüvvələri buna biganədir. Abdullahian Rusiya tərəfini məlumatlandırıb ki, İran ordusunun rəhbərliyi hələ çox gec olmadan ölkəsinin hərbi müdaxiləsinin zəruriliyini siyasi rəhbərliyə tövsiyə edir və Rusiya laqeyd mövqeyində davam etsə, siyasi rəhbərlik ordunun məsləhəti ilə hərəkət edəcək.

Lavrov İranı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsinə dəvət edib, çünki Ermənistanın sərhədləri bu müqavilə ilə qorunur. Abdullahian təklifi rədd edərək bildirib ki, İran konstitusiyası hər hansı hərbi alyansa qoşulmanı qadağan edir.

Maraqlıdır ki, İran tərəfindən fərqli olaraq Rusiya mediasında görüş haqda daha çox poztiv məqamlar qabardılıb, iki ölkə arasında strateji tərəfdaşlıq perspektivindən bəhs edilib.

TVMusavat-ın bu gün saat 12:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Xəyal Bəşirlovla müzakirə aparır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFG
скачать dle 12.1