Bia.Az

Paşinyandan SENSASİYA: Zəngəzurdan bunları yığışdırın! – FOTO

Cəmiyyət
 8-04-2023, 11:51     204

Ermənistanı Laçın yolu ilə birləşdirən yeni Tex-Kornidzor yolunun istifadəyə verilməsindən sonra iki ölkə sərhədindəki 12 kilometrlik ərazidən 7 kilometri Azərbaycanla artıq dəqiqləşdirilib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Diqqət çəkən nüans onun çıxışı zamanı bir neçə dəfə yeni hərbi toqquşma təhlükəsi və bundan qaçmağın vacibliyi haqda mesaj verməsi olub:
“Azərbaycan bəzi yerlərdə Ermənistan tərəfindən sərhədə qədər olan 100-300 metr hissədə mühəndis işləri aparıb. Bundan sonra qərar verilib ki, situasiyanı hər iki tərəfdən kartoqraflar həll edəcəklər. Bu dövrdə sərhədçilərin dislokasiya məntəqələrinin korrektəsi işi aparılıb və situasiya müəyyən səviyyədə yaxşılaşıb. Özəlliklə 12 kilometrlik dislokasiya nöqtəsindən 7 kilometri dəqiqləşdirilib, 5 kilometri ilə bağlı dəqiqləşdirmə aparılır. Bizim niyyətimiz situasiyanın eskalasiyasından qaçmaqdır. Ümid edirəm ki, yerləşmə nöqtələrinin korrektəsi konstruktiv müstəvidə keçəcək”.

Paşinyan qeyri-stabil qlobal mühitdə tərəflərin səbirli olması və regional situasiyanın partlamasında maraqlı olan güclərə fürsət verməməsi gərəkdiyini söyləyib.

скачать dle 12.1