Bia.Az

Gürcüstanda koronavirusdan növbəti ölüm qeydə alındı

Dünya
 19-04-2020, 09:54     337

Gürcüstanda koronavirusdan növbəti ölüm qeydə alındı
Gürcüstanda koronavirusdan növbəti ölüm halı baş verib.

“bia.az”in yerli bürosu xəbər verir ki, bununla ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 4-ə çatıb.

Ölüm faktı Batumidə qeydə alınıb. Vəfat edən şəxs digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Bununla yanaşı, ölkədə daha üç nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə isə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, ölkədə xəstəliyə yoluxanların sayı 388-ə çatıb. Onların 86-sı sağalıb, 4-ü isə ölüb.

Qeyd edilir ki, karantində 4 971, stasionar nəzarətdə isə 519 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1