Bia.Az

İranlı ekspertdən ŞOK açıqlama: “Ermənistan ordusunu gücləndirmək öhdəliyi götürməliyik”

Dünya
 6-04-2023, 14:46     217

Ardıcıl anti-Azərbaycan mövqeyi ilə gündəmə gələn iranlı siyasi şərhçi Diako Hüseyni özünün sosial media hesabında yenidən təxribatçı yazı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki o, fikirlərini aşağıdakı kimi səciyyələndirib:

- Bakıdan səfirimizin geri çağırılması
- Ermənistan ordusunu gücləndirmək öhdəliyi
- Sünikdə hərbi baza yaratmaq və onun təhlükəsizliyinə zəmanət vermək üçün Yerevanla razılaşmaq
- Ermənistanın suverenliyini və beynəlxalq sərhədlərini pozduğuna görə Azərbaycanı məsuliyyətə cəlb etmək üçün diplomatiyadan və lazım gələrsə, hərbi gücdən istifadə etmək”.

Görünən budur ki, İran təxribatçı hərəkətlərini hər gün daha da artıraraq vəziyyəti daha da gərginləşdirməyə davam edəcək.
photo_2023-04-06_13-22-19.jpg (88 KB)
скачать dle 12.1