Bia.Az

Sakinlər bahalaşma haqqında: "Nəsə almağa pulumuz çatmır" - VİDEO

Sosial
 6-04-2023, 14:25     264

Son 1 ildə istehlak mallarının qiymətində müşahidə olunan bahalaşma vətəndaşların gündəlik xərclərinə təsir edib.

İnsanların bir çoxu əvvəl aldıqları məhsulları ya az alırlar, ya da qiyməti daha münasib olanlara üstünlük verirlər.

“Xəbər Ertəsi”nin paytaxt sakinləri arasında keçirdiyi sorğuda da respondentlər bahalaşmadan sonra xərclərinə daha çox qənaət etdiklərini deyir.

Bölgələrdə yaşayan sakinlər də eyni fikirdədir.

Satıcılar deyir ki, alıcılar daha çox gündəlik tələbat məhsullarına üstünlük verirlər.

Xüsusilə yerli və ucuz mallar daha tez satılır.

Xarici məhsullara isə tələbatın azaldığı bildirilir.

Satıcıların sözlərinə görə, artıq şirkətlər də tələbat az olan məhsulları gətirməkdə maraqlı deyillər.


скачать dle 12.1