Bia.Az

Vasif Talıbovun oğlu İrana 800 vaqonu niyə satıb? – şok detallar - Milli Məclisdə boş qalan “İran cəbhəsi”

Cəmiyyət
 5-04-2023, 15:30     233

Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Azərbaycan Milli Məclisində təmsil edən deputat mandatı ilə vidalaşmayıb. O, 1995-ci ildən Milli Məclisin deputatıdır. Amma bu 27 ildə Milli Məclisin heç 27 iclasında iştirak etməyib. Yada salaq ki, Vasif Talıbov ötən il dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin sədri postundan istefa verib. İstefasından sonra Milli Məclisin iclaslarının heç birinə qatılmayıb. 2023-cü il fevralın 1-də başlayan Milli Məclisin yaz sessiyasında da Vasif Talıbov iclasların heç birində görünməyib.

Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Hazırda İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşanır. Tehran Azərbaycanla münasibətlərdə parlamentlər səviyyəsində də hər hansı təmasa maraq göstərmir. Amma hər halda, Talıbovun rəhbərlik etdiyi işçi qrupu bu istiqamətdə hansısa cəhdlər edə bilərdi.

Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər. Həmin maddədə o da qeyd edilir ki, Milli Məclisin iclasında üzrsüz səbəbdən iştirak edə bilməyəcəksə, deputat qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzrlü səbəb sayılır. Vasif Talıbovun eyni zamanda Milli Məclisin komitələrinin iclaslarına da qatılmadığı bildirilir.

Milli Məclisin Nizamnaməsindən aydın olur ki, Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində parlament sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Proses deputatın mandatdan məhrum edilməsinə gətirib çıxara bilirmi? Qanunvericilik MSK-ya bu məsələdə hansı səlahiyyəti verir?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində tns.az saytının rəhbəri Tural Səfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
 

 скачать dle 12.1