Bia.Az

Ermənistanda təşviş: Xankəndi Azərbaycana təhvil verilir

Siyasət
 5-04-2023, 13:22     262

Dünən Rusiya sülhməramlılarının erməniləri icazəsiz formada Xankəndiyə keçirməyə çalışmasının qarşısının Azərbaycan ordusu tərəfindən alınması Ermənistanda təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə Ermənistan hakimiyyətinə qarşı etirazlar pik həddinə çatıb.

Belə ki, ermənilər Azərbaycanın bu addımının artıq Qarabağın reinteqrasiya prosesinin tam aktivləşdiyinə işarə olduğunu bildiriblər. Digər tərəfdən separatçıların bu prosesdə üzdə razı olmasa da arxada Bakı ilə sıx əməkdaşlıq etdiyi də səsləndirilən iddialar arasında yer alıb.
Bununla belə, baş verənlərə görə Moskvanı ittiham edənlərin sayı artıb. Xüsusilə iqtidara yaxın olan sosial şəbəkə qruplarında məsuliyyət Rusiya sülhməramlılarının üzərinə atılıb.

Ən maraqlı iddianı isə “Hraparak” qəzeti irəli sürüb. Özünün etibarlı mənbələrinə istinad edən qəzet dünənki olayın sülhməramlıların keçirdiyi əməliyyat olduğunu və bunun Qarabağın reinteqrasiyası prosesinin tərkib hissəsi olduğunu bildirib. Məlumata görə, bu məsələ həmçinin Azərbaycanla da razılaşdırılıb. “Hraparak” guya sülhməramlıların bunun vasitəsilə ermənilərə Azərbaycanla inteqrasiyadan başqa çarənin olmadığını göstərməyə çalışdığını vurğulayıb.

Bununla yanaşı, dünən vəziyyəti pisləşən ermənilərin Xankəndiyə Azərbaycana məxsus təcili tibbi yardım maşını ilə aparılması təəccüb doğurub:

“Xankəndidəki əhali Azərbaycanın təcili tibbi yardım maşınının şəhərdə şütüdüyünü görəndə heyrətə gəliblər. Sülhməramlılardan bunun səbəbini soruşanda onlara bunun insan həyatını xilas etmək üçün olduğu deyilib. Dünənki insidentdən sonra aydın olur ki, Rusiya səssiz formada Qarabağı verir və Azərbaycanın planının reallaşdırılmasında iştirak edir”.скачать dle 12.1