Bia.Az

Türkiyənin bir kəlməsi HƏR ŞEYİ DƏYİŞDİ - Bu ölkə isə hələ də "gözləmə zalı"ndadır

Dünya
 4-04-2023, 17:01     164

Dünyanın gözü Brüsseldəki tarixi zirvədədir. Türkiyənin təsdiqindən sonra Finlandiya bu gün rəsmən NATO-ya üzv olub.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto amerikalı həmkarı Antoni Blinkenə üzvlük sənədlərini təqdim etdikdən sonra rəsmiləşəcək. Finlandiya prezidenti Sauli Niinistonun da qatılacağı mərasimdən sonra Finlandiya bayrağı NATO-nun Brüsseldəki qərargahında dalğalanan bayraqlara qoşulacaq və bu ölkə alyansın sayca 31-ci rəsmi üzvü olacaq.

Musavat.com xəbər verir ki, Türkiyənin yaşıl işıq yandırmasından sonra Finlandiyanın NATO-ya üzv olması dünya mətbuatında geniş yer alıb.
Kanadanın CBC kanalı yazıb ki, “Finlandiya NATO-ya üzv olur, lakin İsveçin üzvlük məsələsi hələ də havadadır. İsveç üçün də eyni şeyi etməyə ümid edən ittifaq üçün bu, acı-şirinli andır”.
“France 24” isə “Ukrayna müharibəsinin yaratdığı tarixi dəyişiklikliyin" Türkiyənin təsdiqindən sonra baş verdiyini yazıb.
ABŞ-ın The Hill nəşri İsveçin də NATO üzvü olması üçün Türkiyənin razılığına ehtiyacı olduğunu vurğulayıb.
Qətər mərkəzli Al Jazeera telekanalı isə mərasimi “tarixi an” adlandırıb və Rusiyanın bu inkişafdan sonra bölgədəki hərbi varlığını artırmağa qərar verdiyi bildirib.
US News isə xatırladıb ki, İsveç qonşusu ilə eyni vaxtda müraciət etsə də, üzv olmayıb: “Finlandiya NATO üzvü olur, qonşu İsveç isə gözləmə zalında saxlanılır”.
“Washington Post” qəzeti isə Finlandiyanın NATO üzvlüyünün alyansın Rusiya ilə quru sərhədini ikiqat artırdığına diqqət çəkib.
Qeyd edək ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzünün ən mühüm nəticələrindən biri hərbi baxımdan “neytral” statusa malik iki Skandinaviya ölkəsi olan Finlandiya və İsveçin Rusiyanın mümkün hücumuna qarşı NATO-ya qoşulmağı gündəmə gətirmələri olub.
Türkiyənin təsdiqindən sonra Finlandiya NATO-ya üzv olsa da, Ankara hələ ki eyni addımı İsveç üçün atmayıb.
Məlum olduğu kimi, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.
Bundan sonra NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklərinə, o cümlədən PYD/YPG və FETÖ-yə dəstək verməyəcəklərinə söz verib. Lakin İsveç Ankaraya verdiyi sözü hələ ki tutmayıb.скачать dle 12.1