Bia.Az

Bakıda 19 manatı oğurlanan kişi özünü körpüdən atmaq istədi - FOTO

Hadisə
 4-04-2023, 12:30     224

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.

DİA.AZ bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin şəxs izahatı alınması üçün polis bölməsinə aparılıb:

“Özünü öldürmək istəyən şəxs 1969-cu il təvəllüdlü bir kişi idi. İddiasına görə, kafelərdən birində onun üzərində olan 19 manatı oğurlanıb. Bu səbəbdən o, sərxoş halda körpüyə çıxaraq oğurlanan 19 manatını tələb edib. Polis əməkdaşları tərəfindən intihara cəhdin qarşısı alınıb və şəxs izahatı alınması üçün polis bölməsinə aparılıb”.

***
Saat: 11:21

Bakıda bir nəfər özünü körpüdən atmaq istəyir.

Lent.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, "3-cü mikrorayon" adlanan ərazisində bir nəfər özünü atmaq üçün körpünün üzərinə çıxıb.

Hazırda polis əməkdaşları onu fikrindən daşındırmağa və intiahrın qarşısını almağa çalışır.

Bakıda 19 manatı oğurlanan kişi özünü körpüdən atmaq istədi


скачать dle 12.1