Bia.Az

Milli Məclisin iclası başlayıb: “Əslində Fazil bəyə atılan güllə dövlətimizə atılan güllədir”

Siyasət
 4-04-2023, 12:02     246

Milli Məclisin plenar iclası Birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə öz işinə başlayıb.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlər ətrafında çıxış ediblər.

Deputat Qənirə Paşayeva ilk öncə deputat həmkarı Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınadı. Dövlət təhlükəsizlik orqanlarının bu işdə əli olan bütün şəxslərin edəcəyinə, bu terror şəbəkəsi ilə əli olan hər kəsin layiqli cəzasını alacağına inandığını bildirdi.
“Əslində Fazil bəyə atılan güllə dövlətimizə atılan güllədir. Bunu bütün azərbaycanlılar belə qəbul etməlidir. Hər bir vətəndaşımız dövlətimizin yanında olmalı və bu işdə dövlətimizə dəstək verməlidir. Bu terroru törədənlər, bunun arxasında bilməlidir ki, Azərbaycan dövlətini və xalqını qorxutmaq olmaz”,-Q.Paşayeva bildirdi.

Daha sonra Q.Paşayeva qadın həbsxanasında olduqlarını dedi və ordaa cəza çəkən qadınların əfvlə bağlı müraciətlərini çatdırdı.скачать dle 12.1