Bia.Az

Tiflisdən təklif: Bakı və İrəvanla birgə 3-lük...

Gündəm
 3-04-2023, 09:33     331

Gürcüstan, Azərbaycan və Ermənistan Cənubi Qafqazda dünya oyunçuları - Rusiya, Çin və ABŞ arasında danışıqlar üçün yeni sülh platforması yarada bilər.

Axar.az xəbər verir ki, bunu "Gürcü İdeyası" partiyasının sədri Levan Çaçua deyib.

O bildirib ki, Gürcüstan, Ermənistan və Azərbaycan Cənubi Qafqazı qarşıdurma məkanına deyil, sülh bölgəsinə, bir növ balans məkanına çevirməlidir:

"Qafqazın elə bir funksiyası olacaq ki, bu üç böyük hegemon dövlət arasında tarazlıq və onların ümumi maraqlarının - həm mədəni, həm iqtisadi, həm də siyasi - kəsişmə nöqtələri olsun. Hesab edirəm ki, Gürcüstan siyasəti bu istiqamətdə aparılmalıdır. Gürcüstan qonşu Ermənistan və Azərbaycanı ümumi sülh təşəbbüsü ilə çıxış etməyə inandırmalıdır. Biz erməni və azərbaycanlı qardaşlarımızı inandırmalıyıq ki, müxtəlif vektorlar seçməklə - məsələn, bəziləri Türkiyənin, digərləri Rusiya və ya NATO-nun vektorunu seçir - biz Qafqazda sülhü bərqərar edə bilməyəcəyik. Bu gün Qafqazın cənub sərhədləri yaxınlığında Rusiyanın "qaynar nöqtəsi" yaratmaq üçün hər cür səy göstərilir. Onlar birbaşa Rusiyaya hücum edə bilməzlər, hamımız bunu görürük, amma ətrafda qaynar nöqtələr yaradırlar”.скачать dle 12.1