Müxalif namizəd prezident seçkilərində qalib oldu
Monteneqroda keçirilən II tur prezident seçkilərində müxalif namizəd Yakob Milatoviç seçicilərin 60 faiz səsini toplamağı bacarıb.
Axar.az RTCG-yə istinadən xəbər verir ki, səslərin 98 faizi artıq sayılıb.
Hazırki prezident Milo Cjukanoviç isə 40 faiz səslə rəqibinə uduzub.