Bia.Az

Danışıqlar: İrəvanın xahişini Bakı rədd etdi

Gündəm
 3-04-2023, 00:50     337

Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İddia edilib ki, Ermənistan tərəfdən danışıqları Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan aparıb.
Erməni nəşri yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən "Dostluq abidəsi”nə qədər geri çəkilməyə razı salmağa çalışıb.
Lakin danışıqlar nəticə verməyib və azərbaycanlılar öz mövqelərində qalıblar.
Qeyd edək ki, Dağ-Gorunzur (Tex-Kornizdor) ərazisində Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşün baş tutduğu haqda Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yaymışdı.
Bildirilirdi ki, nümayəndələr sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparıb, nəticədə bu seqmentdə vəziyyət xeyli yaxşılaşıb.
Xatırladaq ki, ermənilərin “böyük və kiçik sünik memorial”ı adlandırdıqları “abidə” Ordumuzun nəzarətinə keçib.скачать dle 12.1