Bia.Az

Ərdoğan iqtidardan getsə, Azərbaycan böyük müharibəyə cəlb olunacaq

Siyasət
 2-04-2023, 14:29     339

Seqodnya.ru: “Müharibənin ABŞ üçün ideal versiyası Azərbaycan, Ermənistan, İran, Rusiya və Gürcüstanın müharibəyə qarışmasıdır”

“Ukrayna münaqişəsi başlayandan sonra ABŞ Rusiyadan Avropaya qaz və neftin ixracını əngəlləyə bildi, avropalıları ucuz xammaldan məhrum etdi və öz sıxılmış qazı üçün bazar tapdı. Belə görünürdü ki, “Şimal axını”nın partladılması ilə ABŞ Rusiyanın enerji kəmərlərinin bloklanması prosesini başa çatdırdığını düşünürdü, amma...”
Musavat.com xəbər verir ki, bu barədə seqodnya.ru saytında dərc olunmuş məqalədə deyilir. Müəllif yazır ki, Avropa Rusiya qazını hələ də “Cənub axını” vasitəsilə alır və Türkmənistan və Qazaxıstandan Qafqaz ölkələri vasitəsilə böyük həcmdə karbohidrogen ehtiyatlarının nəqli perspektivi də göz qabağındadır. “Ona görə də ABŞ hər vasitə ilə bu marşrutları bağlamağa çalışır. Məqsəd təkcə Rusiyaya ziyan vurmaq deyil. ABŞ çalışır ki, Avropa “Sem dayı”nın cibində otursun ki, hər fürsət “sıçrayıb ondan qaçmasın”” deyə, məqalədə vurğulanır.
esas foto (5).jpg (99 KB)
Məqalədə iddia olunur ki, ABŞ və İsrail Qafqazda yeni müharibə hazırlığındadır və İran-Azərbaycan gərginliyi təsadüfi deyil.
“Qafqazda yeni müharibənin başlanması planlaşdırılır. Amerikalılar üçün müharibəyə hansı ölkələrin cəlb olunacağı o qədər də əhəmiyyətli deyil”. Yazıda iddia olunur ki, guya Bakının son aylar əsas müttəfiqi Türkiyədən qismən aralanması müşahidə olunur ki, bu da yeni geopolitik situasiya ilə bağlıdır.
“Müharibənin ABŞ üçün ideal versiyası Azərbaycan, Ermənistan, İran, Rusiya və Gürcüstanın müharibəyə qarışmasıdır. Yeri gəlmişkən, Türkiyədə qarşıdan gələn seçkilərdə maraqlı dövlətlər müxalifətə stavka edir. Əgər müxalifətin prezidentliyə namizədi qalib gəlsə, Qafqazda müharibəyə başlanacağı planlaşdırılır. Ərdoğan bu məsələdə çox təcrübəlidir və heç vaxt Amerikanın məkrli siyasətinin icraçısı olmaz”.
abs-iran-2.jpg (49 KB)
O da vurğulanır ki, martın 14-də Qara dəniz üzərində Amerikanın “MQ-9” pilotsuz kəşfiyyat təyyarəsinin uçması təsadüfi deyil. Amerikalılar dənizə düşən kəşfiyyat dronuna görə çox dərinə getmədilər, amma əsas sual açıq qaldı:
"Bu dron “Cənub axını” yaxınlığında nə edirdi? ABŞ kəşfiyyat məlumatlarının Ukraynaya ötürüldüyünü gizlətmir. Birləşmiş Ştatlar “Şimal axını”kəmərinin partladılmasından sonra Qara dəniz üzərində uçuşunun əsl məqsədlərini açıqlanmasından qorxurdu”.
Məqalədə Gürcüstandakı “narıncı” etirazıların, eləcə də son vaxtlar Şimali Qafqazda gizli terror təşkilatının aktivləşməsinə diqqət etməyə çağırır.
“Qafqaz, Türkiyə və Rusiya xalqları Amerikanın Avropadakı xammal hegemonluğunun əvəzini öz qanları ilə ödəməlidirlər. Hər halda, Qafqaz müharibəsinin ssenarisi artıq yazılıb və “Cənub axını” daim təxribat təhlükəsi altındadır. Yalnız Rusiyanın fövqəladə tədbirləri gözlənilən qırğının qarşısını ala bilər, çünki amerikalı yırtıcı planlarından asanlıqla geri çəkilməyəcək”.
Qısa şərhimiz: Məqalədə bir sıra mübahisəli məqamlar olsa da, Tehranla Bakının münasibətlərində hər gün artan gərginlik həqiqqətən də narahatlıq doğurur. Bu beynəlxalq güclərin planıdırsa, Azərbaycan yeni müharibəyə cəlb edilməklə böyük zərbə ala bilər. Ümid edək ki, Azərbaycan rəhbərliyi gərgin gepoltik vəziyyətdən həmişə olduğu kimi ölkəmizi qan-qadasız çıxara biləcək.скачать dle 12.1