Bia.Az

Putindən dünyanı silkələyən ETİRAF - 1993-cü ildən bəri İLK yaşanır

Dünya
 2-04-2023, 14:28     274

Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına öz təsirini göstərir.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının daralacağını proqnozlaşdırır.

Rusiya iqtisadiyyatının sanksiyalara güclü müqavimət göstərdiyini hər zaman bəyan edən prezident Vladimir Putin çərşənbə günü “Rusiya iqtisadiyyatına qoyulan məhdudiyyətlər orta müddətli perspektivdə ölkəyə mənfi təsir göstərə bilər” - deyə etiraf edib.
Rusiyanın müharibəyə başlamasına cavab olaraq Qərb ölkələri onun 300 milyard dollara yaxın valyuta ehtiyatını dondurub. Bir çox Qərb şirkətləri və investorları ya Rusiyadakı fəaliyyətlərini dayandırıblar, ya da Rusiya bazarını tərk ediblər. Ölkənin ən böyük ixracat məhsulları olan təbii qaz və neft artıq sanksiyalar səbəbindən Qərb ölkələrinə satıla bilmir. Rusiya qazının Avropaya axınının böyük hissəsi sanksiyalar fonunda dayanıb. Qlobal qazın qiyməti sanksiyaların ilkin təsirindən sonra kəskin şəkildə aşağı düşüb. Moskva neft hasilatını 5 faiz azaldacağını bildirir. Neftini ucuz qiymətə başqa ölkələrə satır. Nəticədə bu ilin ilk iki ayında Rusiya hökumətinin enerji gəlirləri ötən illə müqayisədə demək olar ki, yarıya qədər azalıb, büdcə kəsiri isə dərinləşib. 2023-cü ilin ilk iki ayında fiskal kəsir 34 milyard dollara çatıb. Bu durum hökuməti ölkənin sərvət fondundan daha çox istifadə etməyə məcbur edir. Rusiyanın sərvət fondu 147 milyard dollardır.
Digər tərəfdən, Rusiya Qərb dövlətlərinin Çin və Hindistanla yaratdığı uçurumu bağlamağa çalışır. Rusiya Çin və Hindistana neft satır. Moskvanın Pekindən asılılığı artıb. Bütün bu hadisələr fonunda Rusiya valyutası rubl noyabr ayından etibarən dollar qarşısında 20 faizdən çox dəyər itirib. Dünya Bankı Rusiya iqtisadiyyatında 2023-cü ildə 3,3 faiz, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə 5,6 faiz azalma proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyanın bu il artım tempinin sabit qalacağını, lakin ortamüddətli perspektivdə iqtisadiyyatın ən azı 7 faiz kiçiləcəyini gözləyir. Rusiya Mərkəzi Bankı ixracın azalmasının, dövlət xərclərinin artmasının inflyasiya riskini paralel olaraq artırdığını bildirib. Rusiyada inflyasiya fevral ayında keçən ilin eyni ayı ilə müqayisədə 11 faiz ətrafında olub.
Bütün bunlara əlavə olaraq, 1993-cü ildən bəri ölkədə ən böyük işçi çatışmazlığı yaşanır. Rusiya Mərkəzi Bankının məlumatına görə, müharibənin başlamasından sonra beyin axını səbəbilə və ötən payızda 300 000 nəfərin hərbi səfərbər olunması müəssisələrin təxminən yarısında işçi qüvvəsi çatışmazlığına gətirib çıxarıb.скачать dle 12.1