Bia.Az

İşçi qrupu sayğaclara baxdı, yoxladı, qanunsuz müdaxiləni aşkarladı - VİDEO

Cəmiyyət
 2-04-2023, 14:21     293

"Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən fərdi yaşayış evini quşların cəh-cəhi altında seyr edəndə insana malikanələri xatırladır. Ancaq gərək bu evin qaz sayğacına nəzər salmayasan".

Musavat.com xəbər verir ki, bu fikirlər "Azəriqaz" İB-nin məlumatında yer alıb.

"Çünki malikanə sahibi Nurəddin Həsənovun qaz sayğacına edilən qanunsuz müdaxilə belə deməyə əsas verir. Bakıxanov qəsəbəsinin digər sakini Xuraman Hüseynovaya məxsus malikanə tipli fərdi yaşayış evinin də sayğacında eyni hal aşkarlanıb. Qonşu küçələrin qonşudan qalma dala prinsipini isə işçi qrupunun əməkdaşları aydınlığa çıxarıb.

Kənar müdaxiləyə məruz qalan hər 2 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilərdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək" - məlumatda bildirilir.

скачать dle 12.1