Bia.Az

2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür - Tamerlan Quliyev əsl qəhrəman olmagı bacardı - VİDEO/FOTO

Cəmiyyət
 2-04-2023, 00:55     428

2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.
 
Bu barədə BMT Baş Assambleyası 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd edilməsi xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.
 
Bütün dünyada olduğu kimi ölkəmizdə də autizm XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Onu XXI əsrin ən qlobal problemlərindən hesab edirlər. Autizmin əlamətləri 2-3 yaşdan etibarən özünü büruzə versə də, ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Valideynlər isə həmin əlamətləri daha erkən hiss etməlidirlər.
 
Məlum oldugu kimi bu il martın 11-də Heydər Əliyev Mərkəzində “Bir ömür yolu” şüarı altında keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 5-ci - yubiley “Fərqli Fərdlər” konqresi keçirilib. Konqresin əsas məqsədi və başlıca hədəfi ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə həmin şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.

3 bölmə və panel müzakirələrlə işini davam etdirən konqresdə geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə Azərbaycan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə və digər ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edib. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri ilə seçilənlər də olub.

BİA.az konqresin qəhrəmanlarından birini oxuculara təqdim edir. Qəhrəmanımız 15 yaşlı autizm spektr pozuntusu olan yeniyetmə Tamerlan Quliyevdir.

Tamerlan Quliyev 30 noyabr 2007-ci ildə anadan olub. Moskvada 3 yaş yarımda ona atipik autizm diaqnozu qoyulub. Demək olar ki, 4,5-5 yaşında çox gec danışsa da, bir yaş yarımdan ona inanılmaz bir istedad verildi, adi nitqi olmayan, il yarımlıq uşaq 1000-ə qədər saymağı bilirdi və 3 yaşında vurma cədvəlini öyrəndi, 4 yaşında ağlında bir neçə saniyə ərzində 3-4 rəqəmli rəqəmləri kalkulyatorun düyməsinə basmaqdan daha sürətli həll edirdi. 3 yaş yarımında əlifbanı öyrəndi və oxumağa başladı, yalnız bundan sonra tədricən danışmağa başladı. Tam 6 yaşı tamam olmadan o, dərhal ikinci sinifdə imtahan verdi (bu, ölkədə praktiki olaraq yeganə haldır). Tamerlanın inanılmaz riyazi qabiliyyətləri, fenomenal yaddaşı var, erkən yaşlarından yalnız ensiklopedik ədəbiyyat oxuyur və böyük bir elm xəzinəsinə malikdir.

Tamerlan Azərbaycanda bütün dövrlərin və xalqların sikkələri haqqında demək olar ki, hər şeyi bilən nadir numizmat kolleksiyaçılarından biridir. İndi Tamerlan ASD-nin bir çox problemlərinə qohumlarının və yaxşı dostlarının köməyi ilə demək olar ki, qalib gəlib, həyata göz acandan onu müşayiət edən stereotipik davranışları praktiki olaraq aradan qaldırıb.

Tamerlan və ailəsi uzun və çətin bir yol keçmişdir. İndi Amerika sistemi ilə kompyuter mühəndisliyi fakültəsinə daxil olmağa hazırlaşır. O, böyük alim olmaq, Nobel mükafatı almaq, texnoloji yeniliklər yaratmaq üçün öz şirkətini qurmaq arzusundadır. Arzularından biridə kolleksiyası üçün dünyanın ən nadir sikkələrini əldə etməkdir.

 Və o, həm də ölkəsinin ən tanınmış insanları ilə görüşmək, ünsiyyət qurmaq arzusundadır və ən çox da sevimlisi Mehriban xanım Əliyevadır, ölkənin birinci xanımı ilə görüşmək arzusundadır! 

Tamerlan Quliyev artıq 5 ildir ki, “Fərqli Fərdlər” illik beynəlxalq konqresinin qəhrəmanıdır.

5-ci - yubiley “Fərqli Fərdlər” konqresinin qəhrəmanı - Tamerlan Quliyev

скачать dle 12.1