Bia.Az

Bolnisidə koronavirusa yoluxanların sayı 49-a çatdı

İdman
 18-04-2020, 16:00     473

Bolnisidə koronavirusa yoluxanların sayı 49-a çatdıGürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda daha iki nəfərin koronavirusa yoluxması təsdiqlənib.

bia.az-in yerli bürosu xəbər verir ki, bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların sayı 49-a çatıb.

Hazırda rayonda karantində 312, stasionar nəzarətdə isə 76 nəfər saxlanılır.

Qeyd edək ki, koronavirusun yayılmasının yüksək riski ilə bağlı olaraq Bolnisinin rayon mərkəzi və bir neçə kəndə giriş-çıxış bağlıdır.скачать dle 12.1