Bia.Az

Putin seçki ərəfəsi Türkiyəyə gedəcək? - İlginc gəlişmə

Siyasət
 1-04-2023, 10:45     356

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də rusiyalı həmkarı Vladimir Putinin Türkiyəyə səfər edəcəyini mümkün sayıb. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, dövlət başçıları “Akkuyu” AES-ə nüvə yanacağı yüklənməsi mərasimində iştirak edəcəklər.

Məlumdur ki, bu il açılışı gözlənilən “Akkuyu” AES Ərdoğan hökumətinin strateji layihələrindəndir və ölkənin energetik təhlükəsizliyini daha da gücləndirəcək. İnşasının tamamlanması halında bu, Türkiyənin ilk nüvə enerji stansiyası olacaq və gələcəkdə hətta qardaş ölkənin nüvə dövlətinə çevrilməsi yolunda mühüm amil ola bilər.
Bu baxımdan şübhə yox ki, tədbirin təbliğatı effekti də var. Həmçinin Putin üçün. Çünki 4 namizəddən Rusiyaya ən çox sərf edən məhz Ərdoğandır. Qərbin, ABŞ-ın namizədi isə Ərdoğan deyil. Bu mənada Putinin Türkiyə səfəri ABŞ-ı, yumşaq desək, məmnun etməyəcək. Özü də seçki ərəfəsi. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun haqda həbs qərarı var. Doğrudur, Türkiyə BCM-nin Roma Statutuna (Əsasnaməsinə) qoşulmayıb. Yəni qərarın ona aidiyyəti yoxdur.
Səfər Putin üçün də bir imic önəmi daşıya bilər. Yəni dünyaya göstərmək ki, o hələ də başqa ölkələrə, hətta NATO üzvü olan dövlətlə “oturub durur”.
Qərbin buna reaksiyası necə ola bilər? Bu Ərdoğanın seçki dövründə bir güc nümayişidir, yoxsa?
Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET
Razi Nurullayev: “Qardaş dövlətə heç bir irad bildirilməyəcək”
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev hesab edir ki, bu səfərlə əlaqədar Türkiyəyə irad bildirilə bildirilməyəcək: “Rusiya-Ukrayna müharibəsinin ilk günündən Türkiyə barışdırıcı mövqe tutub və hər iki ölkəyə məsafə baxımından eyni məsafədə dayanıb. Buna görə də Türkiyə Rusiya və Ukrayna ilə danışa bilir. Qardaş ölkəmizin səyləri nəticəsində taxıl sazişi imzalandı, Ukraynadan əsir götürülənlər azad olunub Türkiyəyə aparıldı. Bunlar ”Azov alayı"nın hərbiçiləri idi. Yəni indiyə qədər Ankaranın səyləri ilə hərbi əsirlərin mübadiləsi aparılıb. Bu gün Qərbə də lazımdır ki, Rusiya ilə danışa bilən ölkə olsun. Bu ölkə də birmənalı olaraq, Türkiyədir. Türkiyədən sonrakı ölkə Azərbaycan ola bilər. Burada ən çox həm də Avropanın etibar etdiyi ölkədən söhbət gedir.
Ona görə də əgər Putin Türkiyəyə səfər edərsə, Qərb bunu qıcıqla qarşılamayacaq. Çünki onsuz da Türkiyə həm Putinlə, həm də Zelenski ilə əməkdaşlıq edir. Bu Qərbə də lazımdır ki, heç olmasa, sözünü Ankaranın vasitəçiliyi ilə Putinə çatdırsın. Türkiyə Roma Statutuna üzv ölkə deyil. Bu baxımdan Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi ilə bağlı qəbul etdiyi qərar da yerinə yetirilməyəcək. Kremlin sahibi təhlükəsiz şəkildə Türkiyəyə gəlib, oradan da öz ölkəsinə qayıda bilər.
Açığı, Putinin səfər edəcəyinə bir az şübhə ilə yanaşıram. Hər şey ölçülüb-biçiləcək. Artıq Putin də istəmir ki, özünü risk altına salsın, yaxud başqa bir dövləti risk altında qoysun. Ona görə də müxtəlif diplomatik yaxud hansısa bir əsaslar gətirilərək, görüşdən imtina da oluna bilər. Amma dediyim  kimi, səfər gerçəkləşsə belə, qardaş dövlətə heç bir irad bildirilməyəcək. Bir sözlə, səfərin baş tutması da, tutmaması da mümkündür". 
Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”
Əhəd Məmmədli: “Türkiyə üçün bu böyük hadisənin ilk addımı atılmaqdadır”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Putinin səfər qərarının Rusiya cəmiyyətinə hesablandığını qeyd etdi: “Müxalifət iqtidara gəldikdə ”Akkuyu" AES-ini ləğv edəcəklərini bildiriblər. Ümumiyyətlə, müxalifət Ərdoğanın bütün nailiyyətlərini məhv etmək öhdəsini götürüb. Aydındır ki, bu tapşırıq onlara Vaşinqtondan verilib. Sizi əmin edirəm ki, bu “altılıq+PKK” Türkiyədə iqtidara gəlsə, qardaş ölkənin siyasi-iqtisadi-hərbi sahədə qazandığı bütün uğurlarını heçə endirəcək. 100 ildən sonra Türkiyənin Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrikada mövcudluğuna son qoyacaqlar. Türkiyə-Rusiya münasibətləri tarixin ən yüksək dövrünü yaşayır. “Altılıq+PKK” iqtidar olsa, bu münasibətlərə də son qoyacaqlar. Yəni Türkiyə yenə ABŞ-ın yedəyinə qayıdacaq. Putin də bunu çox gözəl anlayır və buna yol verilməməsi üçün əlindən gələni edəcək.
Putinin indiki dönəmində Türkiyəyə səfəri onun üçün böyük diplomatik uğurdur. Türkiyə NATO-nun əsas ölkələrindəndir və ikinci ordusudur. NATO isə Ukraynada Rusiya ilə qarşıdurmadadır. Kollektiv Qərb tərəfindən Rusiya hərtərəfli sanksiyalara məruz qalıb. Formal da olsa beynəlxalq məhkəmə tərəfindən Kremlin sahibi Putinə cinayət işi açılıb. Və belə bir dönəmdə Putin NATO üzvü Türkiyəyə “Akkuyu” AES-in açılışına səfərə gəlir. İndiki məqamda bu ABŞ tərəfə bir şillədir, Ərdoğan və Putinin ABŞ-a birlikdə vurduğu şillə. Sayın Ərdoğan bununla rusiyalı həmkarına siyasi nəfəslik verdi.
Putinin Türkiyəyə səfəri rus daxili auditoriyasına da hesablanan vacib addımdır. Rusiyada görürlər ki, onların prezidentini hələ də hörmətli ölkələrdə qəbul edirlər. Üstəlik qəbul edən ölkə NATO-nun önəmli üzvüdür. Təbii ki, Qərb bu Ərdoğan-Putin görüşünü sərt tənqid edəcək. “Akkuyu” AES-inin gələcəkdə açılışı qardaş Türkiyə üçün çox mühüm hadisə olacaq. Türkiyə üçün bu böyük hadisənin ilk addımı atılmaqdadır. “Akkuyu”nun inşası Türkiyənin enerji təhlükəsizliyi deməkdir və gələcəkdə qardaş ölkənin nüvə derjavasına çevrilməsinə təkan verə bilər. Bunu ABŞ-da çox gözəl anlayırlar və yolverilməz hesab edirlər. Ona görə Vaşinqton may ayında keçiriləcək prezident seçkilərində Ərdoğanın məğlub olması üçün əlindən gələni və hətta gəlməyəni edəcək. Putin də Türkiyənin güclənməsini istəmir, lakin düşdüyü vəziyyətdə Ankara ilə əlaqələrin nəinki qorunub saxlanılması, hətta daha da irəliləməsi Rusiyanın maraqlarına cavab verir. İndiki Türkiyə-Rusiya münasibətlərini mən yüz il əvvəlki Türkiyə-Rusiya münasibətlərinə oxşadıram. O vaxt da bu iki böyük dövlətin Qərblə mübarizədə bir-birlərinə ehtiyacı var idi, indi də elədir..."
Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...
Kənan Rövşənoğlu: “Putinin seçki kampaniyasının qızğın dövründə Türkiyəyə səfəri...”
Siyasi yazar Kənan Rövşənoğlu bu səfər gerçəkləşərsə, Ərdoğanın seçki kampaniyasına ciddi təsir edə biləcəyini düşünür: “Əlbəttə, Putinin seçki kampaniyasının ən qızğın dövründə, aprelin 27-də Türkiyəyə gələrək ”Akkuyu" AES-in ikinci mərhələsinin açılışında iştirak etməsi prezident Ərdoğan üçün, necə deyərlər, kampaniya materialı olacaq. Çünki söhbət yalnız Putinin gəlməsi deyil. Həm də “Akkuyu” AES-in açılışından gedir. Çünki bu layihə uzun illərdən sonra və belə demək olarsa, gərgin siyasi mübarizədən sonra baş tutub. Ərdoğan iqtidarının uğurlarından biridir. Belə bir layihənin açılışının kampaniya dövrünə salınması da məqsədlidir.
O ki qaldı Qərbin reaksiyasına, əlbəttə, Qərb bundan heç də razı qalmayacaq. Həm Putinin Türkiyəyə səfəri, həm də “Akkuyu”nun ikinci fazasının açılışı o qədər də xoş qarşılanmayacaq. Amma buna mane olmaq üçün hər hansı vasitə yoxdur. Burda iki amil diqqəti çəkir. Türkiyə seçkilər öncəsi Qərbə iki mühüm jest etdi. Birincisi, Türkiyə Rusiyaya qarşı sanksiyaların bir qisminə qoşuldu, hansı ki, bir ildir ki, qoşulmurdu. İkincisi, uzun müzakirələrdən sonra Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı prosesdə irəliləyiş əldə olundu. Finlandiyanın üzvlüyü artıq rəsmiləşib. Bu iki hadisə necə deyərlər, Ərdoğanın seçkiqabağı Qərbə jesti idi. Bundan başqa martda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Vaşinqtona göndərildi və orada amerikalı rəsmilərlə danışıqlar apardı. Ancaq belə görünür ki, lazımı dəstək alınmayıb. Ərdoğanın seçki kampaniyasında anti-Qərb ovqatı nümayiş olunmağa başlayıb. “Hüda-Par” və “Yeniden Rifah” kimi partiyalarla ittifaq əslində Türkiyə cəmiyyətinə Ərdoğanın anti-Qərb qrupunda yer alacağının mesajı idi. Başqa sözlə, prezident Ərdoğan Türkiyə cəmiyyətindəki antiqərb ovqatını kampaniyada material olaraq istifadə edəcək. Putinin seçki kampaniyasının qızğın dövründə Türkiyəyə səfəri və nüvə mərkəzinin açılışında iştirakı isə bir növ bunun nümayişi olacaq"./Musavat.com /скачать dle 12.1