Bia.Az

İstintaq Fazil Mustafanın güllələnməsi əmrinin İrandan verildiyini təsdiqləsə...

Gündəm
 31-03-2023, 10:30     320

Dünya Tehrandan terrorun hesabını soracaqmı; politoloq: “BMT, ATƏT, Avropa İttifaqı və bir sıra dövlətlər qarşısında İranla bağlı məsələ qaldırıla və nəticələr əldə edilə bilər”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın güllələnməsindən dərhal sonra bu terrorun təşkilatçısının İran olmasına dair ilkin rəylər avtomatik olaraq ortaya çıxdı. Çünki Fazil Mustafa daim İrandan qaynaqlanan xurafatçılığı, cəhaləti və Tehranın Azərbaycana qarşı yönələn eybəcər  siyasətini sərt və haqlı tənqid edən şəxslərdən biridir. O da məlumdur İran bir müddətdir Azərbaycana münasibətdə yanlış və təxribatçı mövqeyini daha da radikallaşdırıb.
Tehrandakı səfirliyimizdə törədilən terrordan sonra bu olayın baş verməsi nəzərləri, şübhələri birmənalı olaraq İrana yönəldir.
Qeyd edək ki, İran mollaları son vaxtlar Azərbaycanda təxribat, terror, sui-qəsdlər törətməyə  açıq çağırışlar edirdilər, habelə sosial şəbəkələrdə Tehran agenturasının nəzarətində olan səhifələrdə ona “ölüm hökmü” çıxarıldığını açıqca yazırdılar.
Bütün bunları nəzərə alanda, deputata qarşı terrorun izləri molla rejiminə yönlənir.
Xüsusi olaraq bir məqamı vurğulamaq da yerinə düşər ki, 27 martda DTX İran agentlərinin ifşasını əks etdirən videomaterial yaydı. Dövlətə xəyanət ittihamı ilə tutulan şəxslər ifadələrində bildirirdilər ki, onlara ictimai və dövlət xadiminə soyuq və ya odlu silahla hücum əmri verilib...
DTX-nın yaranmasının ildönümü günündə isə Fazil Mustafaya qarşı bu terror baş verdi...
MP Fazil Mustafa shot at his own house - Turkic World
Fazil Mustafa özü “Yeni Müsavat”a İrandan şübhələndiyini qeyd edib.
Qeyd edək ki, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.
Şübhəsiz ki, terrorun icraçısı və təşkilatçıları, sifarişçiləri qısa müddətdə ifşa olunacaq.
Əgər terrorun İran tərəfindən törədildiyi rəsmi istintaqla sübuta yetirilərsə, Tehranla necə davranmalıyıq? Azərbaycan hansı addımları atmalıdır? 
Qeyd edək ki, Azərbaycan Antiterror Koalisiyasının üzvlərindən biridir. Terror və terrorçuluqla mübarizə qlobal bir prosesdir. İranın bu terroru təşkil etdiyi təsdiqlənəcəyi halda dünya birliyi, beynəlxalq qurumlar İrana qarşı hansı addımları ata bilər və atmalıdır? Ona qarşı sanksiyaların tətbiqi mümkündürmü?
Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET
Razi Nurullayev
Milli Məclisin deputatı Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, deputat Fazil Mustafaya qarşı terror aktının icraçıları və təşkilatçıları hələlik məlum deyil. Ona görə də hələ ki bir çox məsələləri ehtimallar üzərində qururuq. Ehtimallardan da biri ən çox adı hallandırılan İrandır: “Çünki Tehrandakı Azərbaycan səfirliyinə terror aktını həyata keçirdi. İran bu aktın təşkilatçısı oldu və sonra da terrorçunu müdafiə elədi. Bütün bunlar da terrorda İranın əlinin olduğu ehtimallarını gücləndirir. Bu, sübuta yetirilərsə, təsdiqini taparsa, təbii ki, artıq Azərbaycanın daxili məsələsindən daha böyük beynəlxalq səviyyəli məsələyə çevriləcək. Çünki Azərbaycan beynəlxalq antiterror koalisiyalarının və digər təşkilatların üzvüdür. Bu məsələ BMT-nin də iclasına çıxarıla bilər. Bir çox beynəlxalq təşkilatlarda bu məsələ qaldırılacaq. Əgər Fazil Mustafaya qarşı terroru İranın sifariş verdiyi sübuta yetirilərsə, hesab edirəm ki, İranı çox ciddi sanksiyalar gözləyə bilər. Bir çox dövlətlər də Azərbaycanın tərəfini tutacaq, hətta Azərbaycana dost olmayanlar belə, məcbur olacaq ki, Azərbaycanın yanında dayansın, terrora qarşı mövqe ortaya qoysun. Sübut olunarsa, biz İranla münasibətlərimizi yenidən nəzərdən keçirməyə məcbur olacağıq və bütün münasibətlər sıfırlanacaq”.  
Demokratiya və İnsan Hüquqları Komitəsinin üzvü Çingiz Qənizadə isə bildirdi ki, hələlik istintaqın nəticələri gözlənilməlidir. Cinayəti törədən və ya törədənlər həbs edildikdən sonra onların ifadələri əsasında cinayətin motivi, eyni zamanda sifarişçiləri haqqında açıq-aydın fikir söyləyə bilərik: “Bu cinayətin sifarişçisi İran da, başqa dövlətlərin xüsusi xidmət orqanları da ola bilər. Amma böyük ehtimalla hələlik daxili inamımız onu deyir ki, bu cinayətin arxasında İran dayana bilər. Lakin bu mövzu ətrafında daha dəqiq fikirləri o zaman bildirə biləcəyik ki, cinayətkar və ya cinayətkarlar tutulacaq və onların ifadələri alınacaq. Əgər Fazil Mustafaya qarşı terrorun İran tərəfindən sifariş edildiyi, təşkil olunduğu istintaqla sübuta yetiriləcəksə, bunun həm hüquqi, həm siyasi, həm iqtisadi və digər istiqamətlərdə çox ciddi təsirləri olacaq. Bu gün İranla onsuz da xoş olmayan münasibət hökm sürür. İran İslam Respublikası qonşu müsəlman dövləti Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Azərbaycanın torpaqlarını işğal edən, talayan, Azərbaycan xalqına soyqırımlar həyata keçirən işğalçı Ermənistana İran bu gün də hər cür dəstək verməkdə davam edir. Bu isə Azərbaycana qarşı düşmənçilik siyasətidir. İran bölgədə sülhün bərqərar olmasına bu siyasəti ilə mane olur. Xüsusilə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilən terror aktından sonra İranın davranışı, terrorçunu faktiki olaraq gizlətməsi və digər addımları onu göstərir ki, İran bu terror aktının arxasında dayanır. İranın SEPAH qurumunu beynəlxalq təşkilatlar artıq terror təşkilatı kimi tanıyır. Əgər deputat Fazil Mustafaya terror aktının da arxasında İranın dayandığı sübuta yetirilsə, bu, təbii ki, Azərbaycan-İran münasibətlərinin çox ciddi formada pisləşməsini qaçılmaz edəcək. Eyni zamanda bu, İrana qarşı beynəlxalq təşkilatlar, beynəlxalq birlik tərəfindən də onsuz da pis olan münasibəti daha da pisləşdirəcək. İrana qarşı yeni sanksiyaların qəbuluna belə, səbəb ola biləcək. Azərbaycan Beynəlxalq Antiterror Koalisiyasının üzvüdür və Azərbaycanda həyata keçirilən terror aktının İran tərəfindən təşkil edilməsinin sübuta yetirilməsi sözügedən koalisiyada İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsinin qaldırılmasına gətirib çıxara bilər. Beynəlxalq təşkilatlar bundan istifadə edərək İrana çox ciddi sanksiyalar tətbiq eləyə bilər”.
Rusiya Müdafiə Nazirliyinin bitməyən təxribatları - Yenə “Dağlıq Qarabağ”,  “Stepanakert”, “Mardakert”, “Martuni”...
 Murad Sadəddinov
Politoloq Murad Sadəddinov isə bildirdi ki, istintaq Fazil Mustafaya qarşı sui-qəsdin İran tərəfindən təşkil edildiyini, sifariş verildiyini sübut edərsə, Azərbaycan-İran münasibətlərinə yenidən baxılmalıdır. Siyasi, iqtisadi və başqa sahələrdə əlaqələrə yenidən baxılmalı, yeni yaranmış vəziyyətə uyğun vəziyyətə gətirilməlidir: “Azərbaycan Antiterror Koalisiyasının üzvüdür. Bu koalisiya ABŞ tərəfindən formalaşıdırılıb. Koalisiya İraq məsələsi ilə bağlı yaradılsa da koalisiyanın üzvü olan ölkələrə qarşı terror hərəkətlərinə də reaksiya vermək imkanındadır. Bu baxımdan, Azərbaycan üzvü olduğu koalisiya qarşısında İran məsələsini qaldıra bilər. Eyni zamanda əgər millət vəkilimizə qarşı terrorun İran tərəfindən təşkil edilməsi sübut olunarsa, Azərbaycan İrana qarşı sanksiyaların qəbulu və tətbiqi məsələsini BMT-də qaldıra bilər. Belə olanda isə İran üzvü olduğu BMT-də cavab verməli olacaq. Nəzərə almaq lazımdır ki, 2008-ci ildə ABŞ İranı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb. ABŞ Dövlət Departamentinin bu barədə qərarı var. Amerika dünyada İrandan başqa da 4 ölkəni dünyada terrorizmin sponsoru olan dövlət kimi qəbul edib. Bunlar Suriya, Şimali Koreya, Kuba və Sudandır. İran bu siyahıda yer alan ölkə olduğundan ona qarşı bir çox sanksiyalar tətbiq edilib və edilir. İndi yeniləri də əlavə edilə bilər. İstintaq terror aktında İranın iştirakını sübuta yetirsə, Azərbaycan ATƏT, Avropa İttifaqı qarşısında, İslam Əməkdaşlıq Təşkilatında da məsələ qaldırmalıdır. İrana qarşı sanksiyalar qəbul edilməsi, tədbirlər görülməsi məsələsi qaldırıla bilər. Həmçinin bir sıra dövlətlər qarşısında da İranla bağlı məsələ qaldırıla və nəticələr əldə edilə bilər”.  скачать dle 12.1