Bia.Az

Bu ölkədən Ukraynaya BÖYÜK JEST - 12 milyard avro hərbi dəstək veriləcək

Dünya
 30-03-2023, 16:44     205

Almaniyanın Ukraynaya hərbi dəstəyi davam edir. Almaniya Bundestaqının Büdcə Komitəsi Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin tələb etdiyi büdcədənkənar xərclərə yaşıl işıq yandırdıqdan sonra Almaniya Ukraynaya əlavə olaraq 12 milyard avro hərbi dəstək verəcək.

Musavat.com xəbər verir ki, dəstəyin 3,2 milyard avrosu bu il, 8,8 milyard avrosu isə 2024-2032-ci illər arasında veriləcək.
Koalisiya hökumətini təmsil edən üç siyasətçi verdiyi açıqlamada sözügedən dəstəklə Ukraynanın birbaşa silah ala biləcəyini bildirib: “Ukraynaya lazım olduğu qədər dəstək vermək vacibdir”.


Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya işğalı başlayandan Almaniya hökuməti Ukraynaya 14,2 milyard avrodan çox dəstək verib.скачать dle 12.1