Bia.Az

Onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq - Şok açıqlama

Siyasət
 30-03-2023, 12:50     226

İsrailin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözləri müxtəlif şərhlərə yol açdı. İlk növbədə İran bunu “Bakının sionist rejimi ilə İrana qarşı işbirliyi” kimi təqdim edir, lakin bu sözlər Azərbaycan cəmiyyətində də İranla hərbi münaqişə narahatlığına, xüsusilə “Azərbaycanı İrana qarşı müharibəyə sürükləyirlər” kimi fikirlərə yol açdı.

Yenipress.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Onun sözlərinə görə, İsrailin anti-İran koalisiyası yaratmağa çalışdığı sirr deyil:

“Hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdləri hələ ki, nəticə vermir, Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-da belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu, başqa mövzudur.
İsrailin anti-İran koalisiyasında Azərbaycanı da görmək istəyi bəllidir. Lakin rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır, Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır. Hərçənd, burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir. Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə, onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq”.скачать dle 12.1