Bia.Az

"Üstay"la bağlı qalmaqal davam edir... - GİLEY

Fakt
 18-04-2020, 13:55     555

"Üstay"la bağlı qalmaqal davam edir... - GİLEY“Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilenn zavodunun modernizasiya layihəsində çalışan Türkiyənin “Üstay” şirkətinin işçilərinin şikayəti var. bia.az-ın məlumatına görə, onlar şirkət tərəfindən aldadıldıqlarını söyləyirlər.

“Şirkət əvvəlcə dedi ki, karantin dövründə işə çıxmayanların maaşı tam veriləcək, işə çıxan, ikiqat alacaq. Çoxumuz razılaşıb işə çıxdıq. Ancaq işə çıxandan sonra başqa şey dedilər”.

İşçilər bildirirlər ki, şirkətin verdiyi vədə inanıb, aprelin 13-dən işə çıxıblar. Ancaq işə çıxandan sonra onlara başqa söz deyiblər: “İnsan Resursları şöbəsinin müdiri hamıya zəng edib, demişdi ki, ayın 13-də işə çıxmaq lazımdır. Dedilər ki, səhər gəlin, saat 5-dək 8 saat müddətində işləyin, 16 saat yazılacaq, amma işə çıxmayanların da pulu əvvəlki kimi veriləcək. Yəni bu aylar ərzində ikiqat maaş vəd etdi bizə. Razılaşdıq. Dedik, gələcəyik. Çıxdıq işə. Lakin həmin gün müdiriyyət bizə dedi ki, 16 saat deyil, 8 saatın pulunu alacaqsınız. Yəni nə işləsəniz, onun pulu veriləcək. Hamı narazılıq etdi. Axşam isə bizə mesaj göndərildi ki, kim işə gəlməsə, xaric olunacaq”.

Şikayətçilər bildirirlər ki, üstəlik, işdən xaric olunmaları ilə bağlı onlara hər hansı təzminat ödəməyəcəklərini də söyləyiblər: “Belə bir durumda bizi təhdid etdilər. Düşünə bilirsiniz? Nəticədə işçilərin çoxu işə çıxdı. Nə etsinlər, kimsə işini itrmək istəməz. Ancaq çox az işçi işə çıxmadı. Bu gün də təhdid davam edir. Deyirlər, “gəlməyənlər xaric ediləcək, onlara təzminat verilməyəcək””.скачать dle 12.1