Bia.Az

Azərbaycanı “ram” etmək planları-Ekspert mümkün ssenariləri açıqladı

Siyasət
 29-03-2023, 12:53     209

“Azərbaycanın “ram” edilməsində təkcə Rusiya maraqlı deyil. Bu, İran vasitəsilə də edilə bilər”.

Musavat.com xəbər verir ki, bu fikri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Tv Musavat”-a açıqlamasında deyib.
 Ə.Oruclu bildirib ki, İran dünyada ən neqativ imici olan dövlətlərdən biridir:  “İran-Azərbaycan arasında münaqişə yaratmaqla təxribatlar həyata keçirə bilərlər. İranı Azərbaycana qarşı hər hansı təhrikçi addımlara sövq etməklə Rusiya ordusu Cənubi Qafqaza, o cümlədən Azərbaycana  xilaskar kimi ola bilər. Mümkün ssenarilərdən biri də budur. Rusiya İran-Azərbaycan münasibətlərinin gərginləşməsində birmənalı şəkildə maraqlıdır. İran heç bir addımı təkbaşına atmır, Rusiyanın dəstəyi və yönləndirməsi ilə edir. Eyni zamanda etiraf etməliyik ki, Azərbaycanda Rusiyanın 5-ci kolonu var. O da bu istiqamətdə çox fəal iş görür.  Bunu nəzərə alaraq, İrana qarşı xarici siyasət kursu müəyyənləşməlidir”.  

Ə.Oruclu qeyd edib ki, İranla münaqişədən çəkinmək lazımdır, çünki İranın daxilində ikitirəlik var:

“SEPAH Rusiya ilə müttəfiqdir. Onlar Rusiya ilə birgə Yaxın Şərqə nəzarət etməkdə maraqlıdırlar. Yaxın Şərqdə nə baş verdiyini görürük. İsrail kimi sabit ölkə də qaynamağa başlayıb. Ciddi mənbələrdə təsdiqini tapmasa da, Çin İranla İsraili danışıqlar masasına oturtmağa çalışır. Çin yeni geosiyasi güc kimi Yaxın Şərqdə meydana gəlir. Buna görə də bu şəraitdə Azərbaycan İranla münaqişədən qaçmalıdır. Bu, əsla İrana güzəştə getmək demək deyil. Digər tərəfdən Azərbaycan Türkiyə ilə hərbi gücünü birləşdirməlidir”.скачать dle 12.1