Bia.Az

Paytaxtda Ramazan endirimləri - hansı məhsullar ucuzlaşıb?

Sosial
 29-03-2023, 11:44     245

Mübarək Ramazan ayındayıq. Bəllidir ki, bu ay savab qazanmaq, günahları silmək üçün olduqca fəzilətli bir aydır. Ramazan həm də fürsətlər ayıdır. İş adamları, imkanlı insanlar üçün də şansdır. İftar süfrələrinin açılması, ərzaq qiymətlərində endirimlər bu xüsusda özündə savablar daşıyır. Hətta oruc tutan şəxsə iftar verən oruc tutmuş kimi sayılır. 

İslam peyğəmbəri (s) buyurub ki, “Həqiqətən bu əzəmətli ayda Allahın bağışlanmasından məhrum olan bədbəxtdir”. Yəni açılan fürsətlər pəncərəsi...

Hər il olduğu kimi, qardaş Türkiyədə mübarək Ramazan ayı girən kimi, hətta o ərəfədə əsas ərzaq məhsullarında endirimlər edilir. Bəs Azərbaycanda?

“Yeni Müsavat”ın əməkdaşı bir neçə market şəbəkəsinin filialında olub, qiymətlərlə maraqlanıb. Müşahidəmizə görə, bir çox marketlərdə hələ də Novruz bayramı münasibətilə tətbiq edilən endirim davam edir. Nəzərə alsaq ki, Ramazan ayı martın 23-ü başlayıb, kampaniya həm bayram, həm də Ramazan ayının başlaması ilə üst-üstə düşdü. Müştərilər bu endirimlərdən martın 30-na kimi yararlana bilərlər.
“Oba” marketdə Ramazan endirimi var. Bəzi məhsulların qiymətində 3-4 manat, bəzilərində isə 0,40-1 AZN endirim müşahidə etdik.

SuperSun əridilmiş sprey yağ (1,745 kq)- 15.90 AZN (əvvəlki qiyməti 19,65 AZN);
Solneçnaya liniya marqarin yağ (200 qr)- 0.99-AZN (əvvəlki qiyməti 1.30 AZN);
Derevenskiye Motivı spred yağı (500 qr)- 2,89  AZN (əvvəlki qiyməti 3.55 AZN);
Anchor kərə yağı (200 q) 4.15 AZN;
Səba təzə toyuq -4,89 AZN;
Pal süd ağ pendir-5,79 AZN;
Romaşka smetanı 2,50 AZN (əvvəlki qiyməti 4,70 AZN);
3 inək pendir (500 qr)- (əvvəlki qiyməti 4,50 AZN);
Alemsah ceylon opa çay (225 qr)-3,99 AZN;
Alemsah kəllə qənd (700 qr)- 1,99 AZN;
“Rahat” marketdə endirim 30 marta qədər davam edəcək. Endirim əsasən süd məhsullarına tətbiq olunur:
Kalleh feta pendir - 5, 99 AZN (əvvəlki qiyməti 7.79 AZN);
Zdravuşka süd (1 l) -1,89 AZN;
Milla süd (1 l) -1,99 AZN (əvvəlki qiyməti 2,35 AZN);
Ashrafi Premium Basmati düyü (1 kq)-3,69 AZN (əvvəlki qiyməti 4,94 AZN);
Ankara qırmızı mərci (800 qr) - 2.95 AZN (əvvəlki qiyməti 3,69 AZN);
Xurma Tunis (1 kq) - 5,79 AZN;
Xurma Rəbbi (1 kq)- 3,99 AZN;
CPL kəsmik  pəhriz (200 qr) - 1,68 AZN (əvvəlki qiyməti 2,39 AZN);
Zeytun bağları ekstra təbii zeytun yağı (1 l) -14.08 AZN (əvvəlki qiyməti 14.92);
Zeytun bağları ekstra təbii zeytun yağı (750 ml)-9,75 AZN
Zeytun bağları təbii sıxma zeytun yağı (500 ml)-12.24 AZN;
“Bazarstore” marketlər şəbəkəsində isə endirim aprelin 4-nə kimi davam edəcək. Ramazan endirimləri kampaniyası çərçivəsində bir çox məhsullar endirimli qiymətə təklif olunur:
Bizim tarla badımcan kürüsü - 3, 25 AZN  (əvvəlki qiyməti 4,23);
Marjan Basmati düyü (1,8 kq)- 6,79 AZN (əvvəlki qiyməti 9,70 AZN);
Siyəzən toyuq (1 kq) - 5,65 AZN;
Beemster holland pendir - 13,99  AZN;
Azersüd kəsmik 0.5% (300 qr sud-kesmik-05-300-gr) -3,15  AZN (əvvəlki qiyməti 3, 75 AZN)
Gülüm qırmızı lobya  ttps://bazarstore.az/ckili-bakliyyat/19042-gulum-qirmizi-lobya-kg(1 kq) 3,80 AZN
Zoeog aikoc uaiaeua (500  ttps://bazarstore.az/dondurulmus-meyv-trvz/18730-gulum-dondurulmus-sabalid-500grqr)- 6,99 AZN (əvvəlki qiyməti 9,39 AZN)
Bizim tarla kompot 1, 39 AZN (Əvvəlki qiyməti 2,00 AZN);
Campa meyvə şirəsi - 1,90 AZN;
Doktor milk kefir 900-qr -1,79 AZN (əvvəlki qiyməti 2,10 AZN)
“Grandmart” supermarketlər şəbəkəsində də endirim var. Ərzaq məhsullarının qiyməti martın 23-dən aşağı düşüb:
Doymak əla növ un (1 kq) -1,19 AZN (əvvəlki qiyməti 1,69);
Milla süd (1 l) -1,99 AZN (əvvəlki qiyməti 2,45 AZN);
Vaş urojay qırmızı mərci (800 qr)- 1,99 AZN (əvvəlki qiyməti 2,49);
Vaş urojay qarabaşaq (800 qr)-1,59 AZN (əvvəlki qiyməti 2,19);
Milla kənd qatığı (2 kq)- 4,99 AZN (əvvəlki qiyməti 5,95 AZN);
Kent qarğıdalı yağı (1 l)-5,65 AZN (əvvəlki qiyməti 7,99 AZN);
Volşebnıy kray günəbaxan yağı (1 l)-2,99 AZN (əvvəlki qiyməti 3,79 AZN);
Saro çay (500 qr)-8,95 AZN (əvvəlki qiyməti 11,55 AZN).
“Araz” supermarketlərində də Ramazan fürsətləri təklif olunur. Seçilmiş məhsullara endirim 12 aprelə qədər davam edəcək:
Sultan düyüsü (2 kq)-6,99 AZN (əvvəlki qiyməti 8,59 AZN);
KənDad toyuq filesi -4,99 AZN (əvvəlki qiyməti 7,49 AZN);
Yamac mini sosis (450 qr)-3,99 AZN (əvvəlki qiyməti 5, 59 AZN);
Bonduelle konserv (425 ml)-2, 49 AZN (əvvəlki qiyməti 3, 29 AZN);
Port De Kalleh kərə yağı (1 kq)-13, 99 AZN.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifə məxsusdur
“Yeni Müsavat”

PreviousNext
скачать dle 12.1