Bia.Az

Televiziyaya zəng edib, biabırçılığı dayandırmağı tələb etdim - Sədaqət Qəhrəmanova

Sosial
 29-03-2023, 10:53     208

Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir.


Bakupost.az Report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur.

S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib:

“Mən efirə zəng edib biabırçılığı dayandırmağı tələb etdim. Axı insanın şəxsi həyatına müdaxilədir”.
скачать dle 12.1