Bia.Az

SON DƏQİQƏ! Fazil Mustafa güllələnməsi ilə bağlı daha bir AÇIQLAMA

Siyasət
 28-03-2023, 23:24     321

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. 

Musavat.com-a verilən məlumata görə, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb, hazırda xəstəxanada əməliyyat olunur.

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Musavat.com-a açıqlamasında bildirib ki, sözügedən hadisə ilə bağlı araşdırma davam edir.

“Araşdırma davam edir. Hadisəni törədənlərin kimliyi barədə hələ heç bir məlumat yoxdur” - Elşad Hacıyev deyib.

16502769794488311544_1200x630.jpg (289 KB)
скачать dle 12.1