Bia.Az

Gürcüstanda 40-dan çox xəstəxana səfərbər olundu

Dünya
 18-04-2020, 13:00     315

Gürcüstanda 40-dan çox xəstəxana səfərbər olunduGürcüstan hökuməti COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması üçün səfərbər olunan tibb müəssisələrinin siyahısını təsdiqləyib.

“bia.az”in yerli bürosu xəbər verir ki, siyahıda 44 klinika yer alıb.

Sənəddə həmçinin həmin xəstəxanaların koronavirusun təsdiqləndiyi və şübhəli simptomları olan pasiyentlərə göstərəcəkləri xidmətlər də yer alıb.

Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusa 370 nəfər yoluxub. Onların 79-u sağalıb, 3-ü isə ölüb.скачать dle 12.1