Bia.Az

Putin bundan sonra İrəvana gələ bilməz? - Xalatyan

Dünya
 27-03-2023, 10:51     151

Ermənistan-Rusiya münasibətləri son vaxtlar qəribə xarakter alıb. Bir tərəfdən problemlər göz qabağındadır, iki dövlətin nümayəndələri hətta bir-biri haqqında qeyri-müəyyən bəyanatlar da verirlər. Digər tərəfdən, rəsmilərin görüşlərində diametral əks bəyanatlar eşidilir. Onlar ciddi fikir ayrılıqlarının olmadığını və müttəfiqliyə sadiqliklərini nümayiş etdirməyə çalışırlar. İkitərəfli münasibətlərdə indiki vəziyyət bir qədər “Şredingerin pişiyi”ni xatırladır – sanki, ciddi böhran var, amma görünmür. Tərəflərin bu qeyri-müəyyən vəziyyəti uzun müddət saxlaya biləcəklərinə ciddi şübhələr var.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Ayk Xalatyan deyib.

“Bunun əyani təsdiqi Ermənistanın KTMT ilə bağlı mövqeyi, xüsusən də təşkilatın respublikadakı monitorinq missiyasıdır. Baş nazir Paşinyan və parlamentin sədri Simonyan dəfələrlə ümumilikdə KTMT-ni, xüsusən də Kreml və Rusiya sülhməramlılarının mövqeyini çox sərt tənqid edib.
Ermənistan AB monitorinq qrupunu ərazisinə dəvət edib, bunu sırf mülki missiya kimi təqdim etməyə çalışsa da, Moskva missiyanı antirusiya addımı kimi qiymətləndirib və dəfələrlə Ermənistan qərarını sərt şəkildə tənqid edib. Amma diqqətçəkən odur ki, martın 20-də Ermənistanın xarici işlər naziri Mirzoyanın Moskvaya səfəri zamanı ölkə hakimiyyətinin əvvəlki mövqeyinə zidd bəyanatlar səsləndirilib. Eynən Rusiya XİN rəhbəri Lavrovun da bəyanatları sərt deyildi.
Daha sonra, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci il iyulun 17-də imzalanmış Roma Statutunda təsbit edilmiş öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğu məsələsinin müəyyən edilməsi haqqında qərar dərc edib. Ermənistan Roma Statutunun ratifikasiyası prosesinin hələ Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Putinin həbsinə order verməklə bağlı qərarından əvvəl başladığını bildirsə də, İrəvanın bu cür mövqeyi Moskvaya qarşı qeyri-dost addım kimi qiymətləndirilir”, - o bildirib.
Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti bu addımı ilə özünə ciddi problemlər yaradıb:
“Axı Ermənistanda mütəmadi olaraq Putinin iştirakı ilə KTMT və ya Aİİ üzvü olan ölkələrin liderlərinin sammitləri keçirilir. Putinin İrəvana səfəri zamanı həbs olunacağını təsəvvür etmək çətindir. Təhlükəsizlik, iqtisadiyyat, energetika və s. məsələlərdə Rusiya ilə sıx bağlı olan Ermənistan Vladimir Putinə onun arzuolunmaz qonaq olduğunu deyəcək... Yaxud İrəvan Putinin həbsindən imtina edəcək. Bu da Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi üzrə öhdəliklərini pozması olacaq”.скачать dle 12.1