Bia.Az

`Konktakt Home` deffekt mal üçün ƏLAVƏ PUL TƏLƏB EDİR - MÜRACİƏT

Fakt
 27-03-2023, 10:11     190

Nə müştəri məmnuniyyəti düşünən, nə də ki ölkə qanunlarını saya salan "Konktakt Home"la bağlı narazılıqlar əvvəlki tempində davam edir. Başında deputat Elnur Abdullayevin dayanması bu şirkətin özbaşınalıqlarını sanki stimullaşdıran bir faktora çevrilib. Hər halda görünəni və aydın olanı budur.

Biz isə dia.az olaraq sözügedən satış şəbəkəsi ilə bağlı növbəti şikayəti təqdim edirik:

`Konktakt Home` deffekt mal üçün ƏLAVƏ PUL TƏLƏB EDİR

Narazı vətəndaş "Müştəriyəm Şikayətçiyəm" sosial qrupunda belə giley edir: "Salam, mənim "Kontakt Home"dan şikayətim var.

Bu şəbəkədən ətçəkən maşın almışam. Alanda yoxlamadan verdilər....

Deffekt olduğu halda məndən "Kontakt Home"un servisi əlavə pul tələb edir..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

1


скачать dle 12.1