Bia.Az

Priqojinin Fərhad Əhmədovla Putini tənqid edən lent yazısı YAYILDI

Dünya
 26-03-2023, 16:14     182

Rusiyanın tanınmış musiqi prodüseri, adı bir çox qalmaqallarda hallanan İosif Priqojinin prezident Vladimir Putini, Rusiya hakimiyyətini və Ukraynadakı müharibəni tənqid edən lent yazısı ortaya çıxıb.

Musavat.com xəbər verir ki, onu yayanların sözlərinə görə, burada Priqojinlə iş adamı, Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun söhbəti təsvir olunub.

"İndi internetdə mənim səsim və bir nüfuzlu şəxslə söhbətim olduğu iddia edilən saxta audio yazı yayılır. Bu səsin qətiyyən mənimlə heç bir əlaqəsi yoxdur. Bu, saxtadır. Mənim sivil, siyasi mövqeyim hamıya məlumdur", - deyə, Priqojin İnstaqram səhifəsində paylaşdığı videoda bildirib.

Yazının saxta olduğunu iddia edən rusiyalı prodüser dinlədikdən sonra özü az qala onun həqiqiliyinə inandığını söyləyib. “İndiki texnologiyalar, neyroşəbəkələr təkcə səsi deyil, həm də söhbəti saxtalaşdırmağa imkan verir”, - deyə, Priqojin bildirib.

Səs yazısında söhbət iştirakçıları Rusiyadakı vəziyyəti və rus elitaları arasındakı münasibətləri müzakirə edirlər. Dialoqda çox kobud ifadələr yer alıb. Hər iki həmsöhbət Ukrayna ilə müharibədən və onun nəticələrindən narazılığını dilə gətirib. Söhbət iştirakçıları prezident Vladimir Putinin adını çəkmədən onu kəskin tənqid edir, onun ölkəni dalana sürüklədiyini və gələcəyindən məhrum etdiyini deyirlər. Həmsöhbətlər Rusiya elitasının nümayəndələrinə “batdıqlarını başa düşmələrini” təklif edirlər. Söhbət iştirakçılarının Putinə qarşı əsas iddiası isə onun “ölkəni inkişaf etdirmək əvəzinə, müharibəyə can atmasıdır”.

Digər məsələlərlə yanaşı, müdafiə naziri Sergey Şoyqunun vəzifədən çıxarılması ilə bağlı mövcud planlar da müzakirə edilir. Audioda, həmçinin Dmitri Medvedev, İqor Seçin, Boris Rotenberq və Putinin ətrafındakı digər şəxsləri haqqında kəskin tənqidlər yer alıb.
Həm Priqojin, həm də Əhmədov AB-nin sanksiya siyahısına “Putini və müharibəni dəstəkləyən Rusiya elitasının nümayəndələri” kimi daxil edilib.скачать dle 12.1