Bia.Az

Dünyanı ÇALXALAYAN razılaşma: İran və Suriya HƏRƏKƏTƏ keçdi

Dünya
 24-03-2023, 11:54     158

Səudiyyə Ərəbistanı və Suriya diplomatik münasibətləri bərpa etməyə hazırlaşır.

Musavat.com-un "Haber Global"a istinadən məlumatına görə, Səudiyyənin "Əl-İbhariyyə" kanalı sözügedən xəbəri Xarici İşlər Nazirliyinin rəsmisinə istinadla yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı və Suriya konsulluq xidmətlərinin bərpası üçün danışıqlara başlayıb.

"Reuters" daha əvvəl bildirmişdi ki, Suriya və Səudiyyə Ərəbistanı diplomatik münasibətlərində on ildən çox davam edən fasilədən sonra səfirliklərini yenidən açmaq barədə razılaşıblar. Xəbərdə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin yenidən qurulmasını nəzərdə tutan razılaşmadan sonra sözügedən danışıqların sürət qazandığı qeyd edilmişdi.


Xatırladaq ki, Ər-Riyad və Tehran 7 illik fasilədən sonra martın 10-da Pekində Çin səlahiyyətliləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.скачать dle 12.1