Bia.Az

Türkiyə ilə bağlı ŞOK XƏBƏRDARLIQ: insanlar ölümlə üz-üzə...

Dünya
 24-03-2023, 11:31     167

Hava çirkliliyinin insan sağlamlığına təsiri üzərində çalışan 15 sağlamlıq, ətraf mühit və iqlim təşkilatının yaratdığı Təmizlik Haqqı Platforması (THHP) Türkiyə hesabatını açıqlayıb.

Musavat.com “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyədə Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə təmiz şəhər olmadığına diqqət çəkilən hesabatda havanın ən çirkli olduğu 5 şəhər sırasına Batman, İğdır, Ağrı, Şırnak və Malatyanın daxil olduğu göstərilib.
Hesabata əsasən, Hakkari vilayətinin bir neçə bölgəsi kükürd dioksid səbəbilə çox çirklənib. Zəlzələdən zərər çəkmiş şəhərlərdə havanın çirklənməsi, dağıntı tozları və isinmə üçün ocaqların qalanması səbəbilə limitin 2,5 dəfə, ÜST-nin təlimat dəyərlərinin isə 7,5 dəfə artdığı açıqlanıb. Çirklənmiş havanın xərçəng, ürək-damar xəstəlikləri və ağciyərlərin xroniki obstruktiv xəstəliyinə səbəb olacağı barədə xəbərdarlıq edilib.
toz.PNG (764 KB)
Hesabatda ölüm səbəbləri arasında hava çirkliliyinin ən yüksək paya sahib olduğu ərazilərin İğdır, Karaman və Batman olduğu qeyd edilib. Bildirilib ki, 2021-ci ildə Batmanda hər 100 ölümdən 31-i, İğdır və Karamanda isə hər 100 ölümdən 28-i hava çirkliliyinə görə olub. PM10 çirkliliyi 2021-ci ildə Batman, İğdır, Ağrı, Şırnak və Malatyada ən yüksək səviyyədə olub. Bu əyalətlərdə orta göstəricinin ÜST-nin PM10 hissəcikləri üçün 15 mikroqram/kubmetr səviyyəsindən 5-8 dəfə yüksək olduğu müəyyən edilib.
Təmiz Hava Platformasının koordinatoru Deniz Gümüşel bildirib ki, Türkiyədə 360 stansiya ilə geniş monitorinq şəbəkəsi olsa da, bu stansiyalarda müntəzəm ölçmə aparılmır. O əlavə edib ki, fəlakət bölgəsində asbest riski ciddi ictimai sağlamlıq problemidir:
“İskəndərun şəhərində son 40 gündə hava çirkliliyi hər kubmetr üçün 200 mikroqram olaraq ölçülüb. Davam edən çirklənmənin səbəbi səlahiyyətli orqanlar tərəfindən araşdırılmalı və təcili tədbirlər görülməlidir”.
Hesabatda isitmə üçün kömürün yandırıldığı, tikinti və nəqliyyatın sıx olduğu İstanbul və Ankarada hava çirkliliyinin qorxulu səviyyədə olduğu bildirilib.скачать dle 12.1