Bia.Az

Həkim və müəllimlərin təqaüd yaşı ilə bağlı MÜHÜM TƏKLİF

Sosial
 17-03-2023, 14:14     241

Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bir çox vətəndaşlarımızı narahat edən mövzuya toxunub.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, Azərbaycanda həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün tətbiq olunan yaş həddinin artırılması təklif edilir: “Eyni zamanda, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq, həkim və müəllimlərin təqaüd yaşının həddinin istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı. Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.скачать dle 12.1