Bia.Az

Həbsdə olan jurnalist Mahir Xəttabdan XƏBƏR VAR

Cəmiyyət
 16-03-2023, 20:50     199

Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) səhhəti normaldır.

Bu barədə Musavat.com-a Mahir Xəttabın vəkili Araz Nurməmmədov bildirib.

Vəkil qeyd edib ki, kassasiya şikayəti əsasında Mahir Ələkbərovun cəzasından 6 ay azaldılıb. 

Xatırladaq ki, bu il yanvarın əvvəlində M.Ələkbərovun saxlandığı Bakı İstintaq Təcridxanasında səhhəti pisləşdiyindən istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilmişdi.
“Mahirin qan təzyiqi yüksəkdir, aşağı düşmür. Onun müalicəyə ehtiyacı var”, - deyə vəkili Araz Nurməmmədov bildirmişdi.
Qeyd edək ki, Mahir Ələkbərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. M.Ələkbərovun YAP Binəqədi təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri yaymamaq müqabilində ondan hədə-qorxu ilə 2 min manat almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, məhkəmə hökmü qüvvədə saxlayıb. Jurnalist kassasiya şikayəti verib, nəticədə cəzadan 6 ay azaldılıb.скачать dle 12.1