Bia.Az

Ermənilər İsrailin Bakıdakı səfirinə niyə "erməni" deyirlər?

Cəmiyyət
 16-03-2023, 01:08     172

İsrailin Azərbaycandakı səfiri Corc Dik etnik baxımdan yarı ermənidir. Daha doğrusu, onun nənəsi erməni olub. Dini baxımdan da o fərqlidir. Belə ki, Corc Dik musəvi yox, xristiandır. Ərəb əsilli İsrail vətəndaşı kimi tanınır.

Əslində bu, köhnə söhbətdir. Təzə olan odur ki, ermənilər hələ də onu ittiham edirlər, vətən xaini kimi suçlayırlar. Deyirlər ki, onun nənəsi Türkiyədən qovulan ermənilər arasında olub. Ancaq o, Türkiyədə baş verən hadisələri genosid kimi yox, faciə kimi dəyərləndirir. Bu isə ermənilər üçün vətənə xəyanət kimi bir şeydir...

O da sirr deyil ki, 2018-ci ildə 34 yaşlı George Deek Azərbaycana səfir təyin olunub. Və o, ölkəmizdə ən çox sevilən səfirlər sırasında öndə gəlir. Erməni daşnaklarının ABŞ-dan yayımlanan “armenianweekly” saytı yazır: “Onun səfir təyin olunmasının ən heyrətamiz cəhəti odur ki, Dikin şəxsində İsrail Xarici İşlər Nazirliyinin rəsmiləri Azərbaycana erməni mənşəli elçi göndərib! Səfir Dikin Azərbaycan haqqında söylədiyi təsirli sözlərə baxmayaraq əminəm ki, prezident Əliyev və Azərbaycan xalqı ona tam etibar etmir. Azərbaycanda onların heç bir erməniyə, hətta qismən erməni olanlara da nifrət və nifrətdən başqa heç nələri yoxdur”...

Daşnak yazar XX əsrin əvvəlində ilişib qalıb. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni separatizmini ittiham edən bir erməni ilə bizim nə problemimiz ola bilər ki? Biz əliqabarlı erməni xalqının yox, erməni faşizminin düşməniyik...
 
Elbəyi Həsənli, Sürixскачать dle 12.1