Bia.Az

Lacın sakinləri Baş Prokurora MÜRACİƏT ETDİ - Cinayəti olanlar cəzalandırılsın!

Siyasət
 16-03-2023, 11:43     483

Kecən saymızda xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Onun intihar etdiyi bildirilir.

Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.

BİA.az-a yenidən müraciət edən Ağcəbədi rayonu, Ağabəyli kəndində yaşayan Gülməmmədov Ziyəddin İlyas oğlu və Laçın rayonu, Ağca kənd sakini Gülməmmədov Etibar Qənimət oğlu bildirirlər ki, istintaq başdansovdu aparılır, bütün məlumatı olan şəxslərdən ifadə alınmır. Ona görə də ölkənin Baş prokuroru cənab Kamran Əliyevdən xahiş edirlər ki, bu cinayət işinin xüsusi nəzarətə götürülməsinə göstəriş versin. 

Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə


Surəti:   Bakı şəhəri Prokurorluğuna

Surəti:   Suraxanə rayon Prokurorluğuna

Surəti:  Kütləvi İnformasıya Vasitələrinə

Ağcəbədi rayonu, Ağabəyli kəndində yaşayan
Gülməmmədov Ziyəddin İlyas oğlu 050 614-87-18

Laçın rayonu, Ağca kənd sakinləri Gülməmmədov
Etibar Qənimət oğlu tərəfindən 050 660-76-90



Ə R İ Z Ə

Yazıb Sizə bildiririk ki, Zamanov İntiqam Binnət oğlu onun övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və bacısı Biriliyant tərəfindən təzyiqlərə məruz qalaraq evdən qovulub, evi əlindən alınaraq satılıb, həmçinin şərlənərək küçəyə atılmışdır.

Bununla bağlı, Zamanov İntiqam Binnət oğlu 14.11.2011-ci il tarixində SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində olmuş, verlişdən çıxandan sonra bacısı İsmayılova Diləfuruza zəng edərək haqsızlığa dözə bilmədiyini bildirərək telefonu söndürmüşdür.

28.02.2023-cü il tarixdə Zamanov İntiqam Binnət oğlu intihar etmiş və cibindən tapılan məktubda övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və bacısı Biriliyanta görə intihar etdiyini yazmışdır.

AR CM-nin 125-ci maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun  ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyəti yaradır.

Lakin, baş vermiş ölüm hadisəsi ilə bağlı Suraxanı rayon Prokurorluğunun müstəntiqi Tamerlan bu günə qədər heç bir istintaq hərəkətləri aparmamış, o cümlədən dəfələrlə müraciət etməyimizə baxmayaraq bizi şahid qismində çağırıb dindirməmiş, beləliklə də baş vermiş cinayət hadisəsini ört-bastır etmək niyyətində olması bizə məlum olmuşdur.


AR Cinayət Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.

Hörmətli Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabları qeyd olunan xüsusatları nəzərinizə çatdıraraq.

Xahiş edirik:  
Zamanov İntiqam Binnət oğlunun inthar etməsi ilə bağlı hadisəni öz nəzarətinizə götürərək, aşağıda qeyd olunan şəxslərin çağırılıb şahid qismində dindirilməsi, Zamanov İntiqam binnət oğlunun özünü öldürmə həddinə çatdırılmış, yəni onun ölümündə günahkar olan şəxslərin təqsirli bilinib cəzalandırılması üçün tədbir görəsiniz.

Şahidlər:
Mərhum Zamanov İntiqam Binnət oğlu
İsmayılova Diləfruz Binnət qızı
Gülməmmədova Pəri – 051 943-29-84
Gülməmmədova Bahar – 051 967-69-34
Gülməmmədova Əfruz – 051 981-63-79
Gülməmmədov Novruz – 055 505-04-06
Gülməmmədov Səbuhi – 070 895-45-95
Ahyev Elnur –  050 748-19-14
Şahməmmədov Habil – 070  608-01-41
İsmayılov Məhəbbət – 050 318-80-81
Köçəriyev Əhliman – 050 552-12-51
Əmirov Bilal – 051 232-41-30
Əmirov Rövşən – 050 346-38-32
Ahyev Xəqani – 055 260-62-28
Nəcəfov Arif – 050 386-40-43
Şahməmmədova Çiçək – 050 447-59-04
Gülməmmədov Eylas – 050 382-96-57
Gülməmmədova  Südabə
Alıyev Şirin
Alıyev Elnur
Mirzəyev Nizami
Mirzəyev Şədail
Məmmədov Volodya
Məmmədova Şahpəri
Şahməmmədov Taryel

09 mart 2023-cü il

BİA.az
скачать dle 12.1